Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ermənistan girovları qaytarmalıdır, saxlamaları cinayətdir”

 

“Ermənistan tərəfi girovları Azərbaycan tərəfinə qaytarmalıdır. Girovların saxlanılması dəhşətli cinayətdir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar yaranmış gərginliyə görə narahatdır.
Biz istəyirik ki, cəbhə xəttində sakitlik hökm sürsün və sülh danışıqları davam etdirilsin. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri də açıqlama veriblər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla da heç kimə xeyir verməyən gərginliyin azaldılması barədə müzakirələr aparmışam”, – deyə Nuland bildirib.
Qeyd edək ki, ötən ilin iyul ayında Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə getmişdilər. Lakin Kəlbəcərdə erməni silahlılarının hücumuna məruz qalmışdılar. Həsən Həsənov qətlə yetirilib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam