Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Türkiyə-Rusiya müharibəsi başlayır? -Professor bütün DETALLARI AÇDI

 

 “Dəməşq qüvvələrinin türk əsgərlərinə hücumunun məsuliyyəti birbaşa Rusiyaya aiddir. Əsəd rejiminin rəsmi Moskvanın məlumatı və icazəsi olmadan addım atmadığını bilirik. İdlib problemini masada həll etmək yerinə Türkiyə üçün yol açdığı və açacağı bütün mənfi nəticələri görməsinə rəğmən, meydanda yeni hücumlarla problemi həll etmək niyyəti olan Rusiya bu davranışla hansı riskləri gözə aldığını bilir, hər halda”.

Yenixeber.org: Bu sözləri türkiyəli professor Kamal İnad Suriyanın İdlib şəhərində Türkiyəyə aid müşahidə məntəqələrinə edilən hücumun nəticələrini şərh edərkən deyib.

Professor qeyd edib ki, İdlibdəki insident Rusiya ilə Türkiyə arasındakı böhranın göstəricisidir: “Uzun zamandır ki, bölgədə gərginlik artmışdı və belə bir hadisənin olmaması üçün Türkiyə ən səlahiyyətli şəxsləri ilə Astana və Soçi Memorandumundakı tərəfdaşı olan Rusiyaya xəbərdarlıq edirdi. Son olaraq Prezident Ərdoğan bununla bağlı narahatlıqlarını dilə gətirmiş və Moskvanın öhdəliklərini yerinə yetirməsini tələb etmişdi”.

Kamal İnadın sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərini təhlükəyə atır: “ABŞ-ın Suriyada birbaşa Türkiyənin təhlükəsizliyini hədəf alan terror təşkilatları ilə əməkdaşlıq etməsi Türkiyə-ABŞ münasibətlərində dərin çatlaqlar yaratdısa, Rusiyanın İdlibdə Türkiyənin məruz qaldığından daha çox qaçqın axınına səbəb olacaq addımlar atması da bənzər qırılmalara əsas yaradacaq. Necə ki, Fəratın şərqində Türkiyə-ABŞ əsgərlərinin birbaşa qarşı-qarşıya gəlməsi riski vardısa, eləcə də İdlibdə Türkiyə-Rusiya əsgərlərinin üz-üzə gəlmə riski mövcuddur. Bu durumda Moskva qərar verməlidir: İdlib daha əhəmiyyətlidir, yoxsa Türkiyə?”

Qeyd edək ki, sözügedən hücum nəticəsində 4 türk əsgəri şəhid olub, 9-u yaralanıb.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam