Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Lukaşenko və Nazarbayev Azərbaycanı KTMT-yə çağırır...

 

“Bizim mənbələrimizin bildirdiyinə görə hazırda Minsk və Astana Azərbaycana KTMT-də müşahidəçi statusu təklif edir, üstəlik bu məsələni əvvəlcədən blokun digər üzvləri ilə müzakirə etmədən...”

 Yenixeber.org: Bu haqda “Sputnik Armenia” agentliyinin KTMT daxilində son zamanlar baş verənlər haqda məqaləsində deyilir.

Bildirilir ki, Ermənistan Bakının müşahidəçi statusu almasına çətin razılıq verərdi. Qazaxıstan və Belarus isə Yerevana maksimum təzyiq göstərməyə çalışır. Üstəik ki, bu iki ölkənin liderinə görə Ermənistanın KTTM baş katibi postunda nümayəndəsi ilk növbədə Rusiyaya loyal adam kimi nəzərdən keçirilir. Ona görə də onlar Ermənistan nümayəndəsinin bloka başçılıq etməsini istəmirlər.

 

“Bununla da Qazaxıstan və Belarus təşkilatın flaqmanı olan Rusiyanın addımlarını torpedolayırlar. Onların destruktiv addımlar ilk növbədə təşkilatın lokomotivinə qarşı yönəlib. Moskvanın blokdakı aparıcı mövqeyi Moskva və Astana tərəfindən bacardıqca sual altına alınır”-Rusiyanın beynəlxalq xəbər agentliyinin Ermənistan redaksiyası bildirir.

Agentlik xatırladır ki, Qazaxıstan və Belarus xeyli müddət Yuri Xaçaturovun KTMT baş katibi olmasını əngəllədilər, hər dəfə bir bəhanə tapdılar. İndi isə Xaçaturova qarşı cinayət işi maraqlar toqquşmasını yenidən alovlandırıb.

“Yerevan əlbətdə ki, Xaçaturovu təqib etməklə səhvə yol verdi. Amma müttəfiqlərdən ikisi özünü bu cür aparırsa hansı hərbi-siyasi əməkdaşlıqdan söhbət gedə bilər?”-agentlik qeyd edir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam