Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elmar Məmmədyarovu Brüsseldə nə gözləyir?

 

 

    "Xeberinfo.com": Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçikaya səfər edəcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Azərbaycan nümayəndə heyəti iyulun 22-də Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək 5-ci görüşündə iştirak edəcək.

Brüsseldə Xarici işlər nazirinə hansı mesajlar verilə bilər. “Azadlıq”a danışan ekspertlər hesab edir ki, Azərbaycan uzun illərdir ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığının iştirakçısıdı. Çox təəssüf ki, bütün bu illər ərzində Azərbaycan sözügedən proqram çərçivəsində iştirakı formal xarakter daşıyıb. Avropa Birliyinin bu proqramla məqsədi iştirakçı ölkələrdə siyasi, hüquqi və iqtisadi islahatların aparılması yoluyla onları Avropa standartlarına yaxınlaşdırmaq olub. Azərbaycan hökumətinin bu istiqamətlər üzrə Avropa Birliyi ilə heç bir ciddi əməkdaşlığı olmayıb. Gürcüstan, Moldava və Ukrayna bu proqram çərçivəsində Avropa Birliyilə gerçək və səmərəli iş quraraq proqramda nəzərdə tutulmuş sahələrdə ciddi uğurlar əldə etdilər. Şərq tərəfdaşlığı proqramı çərçivəsində həmin ölkələrin Avropa Birliyi ilə əməkdaşlığı onların assosasiya sazişlərinin imzalanmasıyla nəticələndi. Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinin üzvü olmaq yolunda çox mühüm mərhələyə qədəm qoydu.

 

Ekspertlər onu da bildirirlər ki, Məmmədyarova Brüsseldə Avropa Birliyilə səmərli əməkdaşlığın vacibliyinin böyük əhəmiyyət daşıdığı vurğulanacaq. Gürcüstanın assosasiya sazişinin imzalanması Cənubi Qafqazda bütün parametrlər üzrə mühüm əhəmiyyət kəsb edən Azərbaycanın avrointeqrasiya kursuyla bağlı birmənalı seçim etməsi çox böyük əhəmiyyət kəsb edir. İndiki mərhələdə Avropa Birliyi üçün məhz Azərbaycan prioritetdi və birliyin bu istiqamətdə ciddi səylər göstərəcəyi şübhəsizdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam