Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kürdəmirin bir neçə kəndi mavi yanacaqla təmin olundu - FOTO

 

Bu gün Axtaçı-Qarabucaq kəndində Qocalı kənd inzibati ərazi dairəsinin Qocalı kəndinin 84 abonent və 520 nəfər əhalisinə və Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq kəndinin 102 abonent və 618 nəfər əhalisinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.

Xeberinfo.com:  Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Axtaçı-Qarabucaq kəndinin təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 14911  p/metr metal boru və  2830 metr yeraltı polietilen boru xətti quraşdırılmışdır. Qocalı kəndinin təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 8093  p/metr metal boru xətti quraşdırılmışdır.Ümumilikdə isə 25834 metr müxtəlif diametrli metal və polietilen boru quraşdırılmışdır.Axtaçı-Qarabucaq kəndində mövcud olan 102 fərdi mənzilin hər birinə və Qocalı kəndində mövcud olan 84 fərdi mənzilin hər birinə mexaniki qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.Hər bir mənzilin mətbəxinə   “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilmişdir.

Mərasimdə kənd sakinləri Vüqar Zeynalov, Valeh Feyzullayev, kənd qadınları adından Həqiqət Qəhrəmanova çıxış edərək  əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kənd sakinlərini bugünki əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə  baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 53 yaşayış məntəqəsi üzrə 17684 abonet təbii qazdan istifadə edir.  Bu da rayon əhalisinin 85,4 faizini təşkil edir  Axtaçı-Qarabucaq və Qocalı kəndləri artıq bizim 53-cü yaşayış məntəqələridir ki, qazla təmin olunacaqlar. Rayonun Muradxan, Çöl-Qubalı, Carlı, Mollakənd və Türkədi kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu da o deməkdir ki, hal-hazırda rayonun 5 yaşayış məntəqəsində bu işlər davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. Qeyd etmək istəyirəm ki, 2015-ci ildə 22 kənd mavi yanacaqla təmin edilmişdir. 2016-cı ildə artıq bizim 9-cu kəndimizdir ki, qazla təmin edilir. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər Ölkə Prezidentinin həyata keçirdiyi “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinə əvəzsiz töhvə kimi dəyərləndirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən elə bir yaşayış məntəqəsi qalmayacaq ki, ora mavi yanacaq verilməsin.Axtaçı-Qarabucaq və Qocalı kəndlərinin əhalisini mavi yanacağın verilməsi münasibəti ilə bir daha təbrik edir, bu qazdan təhlükəsiz və səmərəli istifadə etməyinizi tövsiyə edirəm. Arzu edirəm ki, bu qaz vasitəsi ilə dadlı-dadlı təamlar bişirəsiniz. Kəndlərə qazın verilməsində əməyi olan hər bir şəxsə, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə  öz minnətdarlığımı bildirirəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam