Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Füzuli rayonunda daha iki qəsəbə mavi yanacaqla təmin edilib

 

"Xeberinfo.com": Füzuli rayonunun 1 №-li və  2 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır.

 

 

 

 

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd etmişdir ki, ilin sonuna kimi rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir.  Alı Alıyev hər iki qəsəbənin sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

 

 

 

 

 

Qeyd edək ki, 201 abonentin olduğu 1 №-li Qayıdış qəsəbəsinə 7562 metr , 137 abonentin olduğu 2 №-li Qayıdış qəsəbəsinə isə 7921 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 338 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

 

 

                 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

Sonda rəmzi məşəl yandırıldı və hər iki qəsəbədəki evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.

 

                                                                                                         

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam