Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulinin daha bir qəsəbəsinə mavi yanacaq verildi

 

 

Üçüncü Zobucuq qəsəbəsində bu münasibətlə tədbir keçirldi

 

“xeberinfo.com”: Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, qəsəbə ağsaqqalları iştirak etmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, rayonun 24 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Qaz çəkilişi davam edir, ilin sonunadək bu məsələ tam həll olunacaqdır.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən icra başçısı Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18033 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra rəmzi məşəl yandırılmış və evlərə mavi yanacağın verilməsinə baxış keçirilmişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam