Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dilimizi öyrənməyə kim mane olur? - “Maska içən” məmurlarımız...

 

 Zaman-zaman sosial şəbəkələrdə Azərbaycan dilində normal danışa bilməyən yüksək çinli məmurlar müzakirə mövzusuna çevrilir. Onlarla bağlı lətifələr, bəzəmələr qoşulur, kəpslər paylaşılır. Bəziləri buna önəm verməsə də, əksəriyyət yüksək vəzifəli birinin doğma dilində danışa bilməməsini qəbahət sayır. Hətta bunu vətəni sevməməklə əlaqələndirənlər də olur.

Yenixeber.org: Bu insanlar uzun illərdi yüksək vəzifələrdə çalışmalarına baxmayaraq, niyə doğma dilimizdə normal danışa bilmirlər? Niyə bu illər ərzində Azərbaycan dilini öyrənməyə çalışmayıblar? Onlara mane olan nədir? Axı ölkə başçısı Azərbaycan dilində yüksək səviyyədə danışması ilə fəqlənir və bu, hakimiyyətin dilə ögey münasibət bəsləməməsinin göstəricisidir. Eləysə məmurların bu sayğısızlığı, məsuliyyətsizliyi nədən qaynaqlanır?

 

 

Bu mövzu əslində, vaxtaşırı ziyalılarla, ictimai-siyasi xadimlərlə müzakirə olunub. Amma bu dəfə “BakuPost” vaxtilə hökumətdə yüksək post tutmuş şəxslərdən soruşur: Bəlkə, hökumətin daxilində, idarəetmə strukturunda bizim bilmədiyimiz bir qüvvə var və o, dilimizi öyrənməyə qoymur, bərbad danışığa görə gülüş hədəfinə çevrilməyi görməzdən gəlməyi, qulaqardına vurmağı aşılayır? Nədir bu Azərbaycan dilini öyrənmək istəməmək mərəzi?

                                 "Sənədləri ruscaya tərcümə etdirib oxuyur, sonra imzalayırlar"

Sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, Azərbaycan dilinə bu münasibət Azərbaycana olan münasibətdir:

 

  

"Bir dövlətdə yüksək məmur postunda oturub, o dövlətin rəsmi dilində normal danışa bilməmək, vəzifə səlahiyyətlərinin başlanğıc mərhələsi üçün bir qədər başa düşülsə də - əslində, dövlət dilində normal danışa bilməyənin məmur kürsüsündə yeri olmamalıdı - onun illərlə bu kürsüdə oturub çörəyini yediyi dövlətin dilini öyrənmək istəməməsi artıq bu xalqa, bu dövlətə hörmətsiz münasibətinin ifadəsidir”.

Sabiq nazir bildirib ki, yüksək kürsüdə oturanların bir qismi imzalamalı olduqları sənədləri əvvəlcə rus dilinə tərcümə etdirirlər:

“Çox təəssüf ki, müstəqillik illərimizdə yaxşı nümunələrlə yanaşı, pis nümunələr də az deyil. Məsələn, prezident İlham Əliyev bütün təhsilini rus dilində alsa da, ana dilində müfəssəl danışmağı çox qısa bir zamanda bacardı. Ancaq Artur Rəsizadə 30 ildə bunu edə bilmədi. Təəssüf edirəm ki, bu gün Azərbaycanda uzun illərdir yüksək vəzifə tutmuş elə məmurlar var ki, onlara imzalamaq üçün təqdim olunan sənədlər iki dildə tərtib edilir. O imza üçün təqdim olunan sənədi rus dilində oxuyur və bundan sonra Azərbaycan dilində olan variantı imzalayır. Azərbaycan dilinə bu münasibət Azərbaycana olan münasibətdir. Heç kimin şübhəsi olmasın ki, belələri dilimizi hansı səviyyədə bilirlərsə, o səviyyədə də dövlətimizə qulluq edirlər".

 

 

                     "Ana dilini bilməməsi buraxdığı səhvlərin yanında çox xırda məsələdir"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə nitqə deyil, işə önəm verilməli olduğunu düşünür:

 

  

"Hər şeydən əvvəl peşəkarlıq olmalıdır. Əsas sual budur: bu məmur peşəkardır, yoxsa yox? Məmur üçün tələbləri sıralasaq, ilk növbədə peşəkarlığı, təmizliyi və vətənpərvərliyi ön plana çəkərdim. Bilirsiz, indi bəziləri, tutaq ki, xarici işlər nazirini tənqid edir, amma onun ana dilini bilməməsi buraxılan səhvlərin yanında çox xırda məsələdir. Məncə, əsas məsələləri yaddan çıxarıb, o qədər də vacib olmayan məsələləri ortaya atırıq. Səhv burdadır. Məmurların səhvləri dildən başlamır, rüşvətxorluqdan, peşəkarlığın yüksək səviyyədə olmaması, xarici dairələrin təsiri altında olmasından başlayır. Bu mövzular qabardırılmalıdır, müzakirə olunmalıdır. Yoxsa kiminsə nənəsinin erməni olması, onun Azərbaycan dilində danışa bilməməsi... Bəzən məmurlara qarşı populist üslublardan istifadə olunur. Siz diskussiyanı Eldar Əzizovun dili necə bilməsi yox, onun şəhəri necə idarə etməsilə bağlı aparın.

O, uzun müddətdir dövlət orqanlarında işləyib. Bəlkə şifahi o qədər sərbəst danışmır, amma sənədləri başa düşməkdə, ünsiyyət qurmaqda onun probleminin olmasına inanmıram.

Şəxsən mənim üçün onun nə deməsi maraqlıdır, onu səhvlərlə deməsi və ya çox bəlağətli şəkildən ifadə etməsi əhəmiyyət daşımır. Onun hansı siyasəti yürütməsi, dediklərinin mahiyyəti maraqlıdır".

T.Zülfüqarov “Siz vəzifədə işləyəndə, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında məmurlar Azərbaycan dilində danışırdı, ya rusca” sualına isə belə cavab verib: “Kim kimlə necə rahatdı elə danışırdı”.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam