Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Vahid Əhmədov:“Üstündən 12 il keçib, bu müddətdə saziş niyə...?”

Milli Məclisdə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı mübahisələr də yarandı.

Yenixeber.org: Deputat Fərəc Quliyev MDB ilə bağlı belə layihələrdən uzaq durulmasını, Moldova və Ukraynanın belə sazişlərə qoşulmadığını qeyd edib. Eyni zamanda sazişdə kadr hazırlığının rus dilində aparılması barədə müddəanı məqbul saymadığını söyləyib: “Rusiya və Ermənistan ortaq ordu yaradıb. Bizim polislər, daxili qoşunlar üçün kadrlar niyə bu qaydada hazırlanmalıdır?”

Deputat Vahid Əhmədov xatırlatdı ki, bu saziş 2007-ci ildə imzalanıb: “Üstündən 12 il keçib, bu müddətdə saziş niyə Milli Məclisdə təsdiq olunmayıb? Digər tərəfdən, Gürcüstan, Ukrayna və Moldova bu sənədə imza atmayıb. İkincisi də burada rus dilində təhsil almaqdan bəhs olunur. Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz”.

Spiker Oqtay Əsədov dedi ki, biz MDB-nin üzvüyük. İkincisi də tərcüməçi ilə bir-biri ilə ünsiyyətdə ola bilərlər. Ancaq ümumilikdə rus dilində öz aralarında danışa bilərlər. Spiker beynəlxalq sazişdə bir dillə bağlı məsələnin əksini tapmasının normal olduğunu qeyd etdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bunun beynəlxalq saziş olduğunu qeyd edib: “Biz nə zaman istəsək, bu sazişin yaratdığı imkanlardan istifadə edə bilərik. Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır”. Komitə sədri dedi ki, bu məsələni çox siyasiləşdirdik və buna ehtiyac yoxdur.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam