Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycanda fahişəxanalar baş alıb gedir, hərənin bir himayəçisi var” —Fazil Mustafa

 “Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıq hökm sürür. Hərənin bir himayəçisi var”. 


 Yenixeber.org: Bunu millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında bildirib. 


Onun sözlərinə görə, sanki kimlərsə bilərəkdən ölkədə narkomaniyanı yaydıqları kimi, fahişəliyi də yayırlar. 


Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Moderator.az-a açıqlamasında millət vəklinin fikirləri ilə razılaşdığını bildirib. 


N. Cəfəroğlu deyib ki, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması fahişəxanaların artmasına səbəb olub: 


“Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razıyam. Əsasən gənc oğlanlar və qızlar bu işlərlə məşğuldurlar. Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər. Buna hüquq-mühafizə orqanları ciddi nəzarət etməlidir. Əxlaq polisi Azərbaycanda var və ya yoxdur, onu dəqiq bilmirəm, amma onlar birbaşa bu işlə məşğul olmalıdırlar”. 


N. Cəfəroğlu qeyd edib ki, QHT-lərin fəaliyyəti məhdudlaşdırdıqdan sonra nə rayonlara gedib seminarlar keçirə bilmirlər. Çünki buna maddi imkanları yoxdur: 


“Cəmiyyəti stabil saxlayan QHT-lər idi. Bununla yanaşı, televiziyalarımızdan bayağı, şou xarakterli verilişləri ləğv edib, təlim-tərbiyə məsələlərini qaldırmaq lazımdır. Televziyalarımzda əxlaqla bağlı verilişlər hazırlanmalıdır”.


Cəfəroğlu diqqətə çatdırıb ki, gəncləri əxlaqsızlığa sövq edənlər ifşa olunmalı, cəmiyyət də bununla mübarizə aparmalıdır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam