Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” -Həyəcan təbili...

“Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması fahişəxanaların artmasına səbəb oldu”
Yenixeber.org: Məlumata görə, millət vəkili Fazil Mustafa mediaya açıqlamasında bildirib ki, “Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıq hökm sürür. Hərənin bir himayəçisi var. Hərdən mənə elə gəlir ki, kimlərsə bilərəkdən narkomaniyanı yaydıqları kimi fahişəliyi də yayırlar”. 
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında millət vəklinin fikirləri ilə razı olduğunu bildirdi. 
N.Cəfəroğlu qeyd etdi ki, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması bu cür fahişəxanaların artmasına səbəb oldu:
“Hörmətli millət vəkilimiz Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razıyam. Əsasən gənc oğlanlar və qızlar bu işlərlə məşğuldurlar. Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər. Buna hüquq-mühafizə orqanları ciddi nəzarət etməlidir. Əxlaq polisi Azərbaycanda var və ya yoxdu onu dəqiq bilmirəm, amma onlar bibaşa bu işlə məşğul olmalıdırlar. QHT-lərin fəaliyyəti məhdudlaşdırdıqdan sonra nə rayona gedə bilirik, nə seminarlar keçirə bilirik, çünki buna maddi imkanımız yoxdur. Cəmiyyəti stabil saxlayan QHT-lər idi. Bununla yanaşı, televiziyalarımızdan bayağı, şou xarakterli verilişləri ləğv edib, təlim-tərbiyə məsələlərini qaldırmaq lazımdır. Televziyalarımzda əxlaqla bağlı verilişlər hazırlanmalıdır və bu işlərlə məşğul olanlar ifşa olunmalıdır. Cəmiyyətimiz də bununla mübarizə aparmalıdır”. (moderator.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam