Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İlahiyyat İnstitutunun rektoru:“İslam dünyasında əxlaq problemi var”

 

İlahiyyat İnstitutunun rektoru: “İslam dünyasında əxlaq problemi var”
"Bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil"
 Yenixeber.org: Bunu İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" mövzusunda keçirilən konfrasda deyib.

Onun sözlərinə görə, bəzi insanlar dinə ironiya ilə yanaşırlar: "Bunun obyektiv və subyektiv səbəbləri var. Belə problemlər bizim hamımızın problemidir".

Rektor qeyd edib ki, islam mədəniyyətinə töhfə verən alimlərin bir qismi bu bölgədə yetişib: "Bizim bölgə islam mədəniyyətinə, islam tarixinə bir çox tarixi şəxsiyyətlər bəxş edib. Bu gün Azərbaycanda din sahəsinə böyük diqqət var".

C.Məmmədov, həmçinin bildirib ki, dini zəmində sosial şəbəkələrdə məzhəb təbliğatlarının aparılmasına cəhd edilir. "Bunların qarşısının alınmasında ən böyük məsuliyyət ilahiyyatçıların üzərinə düşür. İslamın intibah dövründə insanlar dini biliklərlə yanaşı, dünyəvi biliklər də əldə edirdilər. Hazırda qarşımızda duran əsas hədəflərdən biri elə ilahiyyatçılar yetişdirməkdir ki, onların dünyəvi bilikləri yüksək olsun. Bu gün ingilis dilində, rus dilində bilən ilahiyyatçı azdır və bu insanlara daha çox ehtiyac var. Reallıqları xaricdə təbliğ edəcək insanlara ehtiyac var".

Rektorun fikrincə, islam dünyasında əxlaq problemi mövcuddur. "İbadət edirsən, inam var, amma əxlaq prinsiplərinə nə qədər əmək edirsən. Bu gün "Hacı" sözünə, "dindar" deyəndə ironiya ilə yanaşırlar. Bunun günahları təkcə cəmiyyət deyil. Bu gün Azərbaycanda çox savadlı, bilikli ilahiyyaçılar var. Bu gün Azərbaycanda ilahiyyatçıların üzərinə duran ən vacib məsələ biri bu sahəyə münasibəti dəyişməkdir. Ən çox təndiq edilən, ironiya ilə yanaşılan sahələrdən biri dindir".(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam