Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Dini zəmində baş verən münaqişələr acı gerçəklikdir"

 

"Sizi – “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir". 


"Xeberinfo.com":  AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Prezident daha sonra bildirib: "Dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda islam maarifçiliyi və müasir dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hökumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislərinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini son dərəcə təqdirəlayiq hal hesab edirəm. İslamın daxilindəki maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar. Bu baxımdan, keçirilən konfransın elmi tərəfi ilə yanaşı, həm də böyük ictimai əhəmiyyəti var".

Dövlət başçısının sözlərinə görə, tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir: "Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza uğurlar arzulayıram".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam