Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İslam və müasirlik” mövzusunda tədbir keçirilib...BSU-da

 

BSU-da “İslam və müasirlik” mövzusunda tədbir keçirilib

 

 

Yenixeber.org: 18 dekabr 2017-ci il tarixdə Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat labaroratoriyasının təşkilatçılığı və BSU-da fəaliyyət göstərən Əsaslı kitabxananın təşəbbüsü ilə “İslam və müasirlik” mövzusunda dəyirmi masa keçirilib. BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tədbiri giriş sözü ilə açaraq bu il Azərbaycanda “İslam həmrəyliyi” ili elan edilməsi ilə bağlı keçirilən tədbirlərdən danışıb. R.Novruzov Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyiİ İli”nin bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfə ili olduğunu diqqətə çatdırıb.

R.Novruzov hazırda islam dünyasında yaşanan problemləri islamın düzgün izah edilməməsi ilə əlaqələndirib. O, islamın yüksək əxlaq və mədəniyyət dini olduğunu bildirib.

Azərbaycanşünaslıq elmi-tədqiqat labaroratoriyasının müdiri, hüquq elmləri namizədi, dosent Sadir Məmmədov Azərbaycan xalqının taleyində, dünyagörüşündə islam mədəniyyətinin son dərəcə böyük rol oynadğını diqqətə çatdırıb. İslamın sonuncu səmavi din olduğunu vurğulayan S.Məmmədov xalqımızın mənəvi dəyərlərinin məhz bu təməli üzərində formalaşdığıını bildirib. O, islam dininin müqəddəs kitabı olan “Quran”ın qan bağladığını, müharibələrə son qoyduğunu qeyd edib. İslam bu gün də ölkələr arasında körpü yaradır, inteqrasiya prosesinə təkan verir deyən natiq hal hazırda bəzi islam ölkələrində baş verənlərin heç birinin islama aid olmadığını bildirib.

BSU-nu Diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd “Müasir dövrdə islam və dünyəvilik” mövzusunda çıxış edib. Alim islam dininin əsas postulatlarının əxlaq və mədəniyyətə söykəndiyini, islamın proqressiv bir din olduğunu bildirib. O, islamın ilk çağlardan başlayaraq insanlar arasında qarşılıqlı hörmət və ehtiram təbliğ etdiyini qeyd edib.

“Elm yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov “Müasir dövrdə gənclərin ictimai-siyasi görüşlərinin formalaşmasında islamın rolu” mövzusunda çıxış edib. Natiq islam dininin tolerant, sosial ədalət dini olduğunu bildirərək gəncləri yad təsirlər altına düşməməyə çağırıb.

Müzakirələrdə universitet tələbələri də iştirak edib.

Yekunda BSU kitabxanasının müdiri S.Əliyeva çıxış edərək tədbirdə iştirak edən tələbə -müəllim heyətinə öz minnətdarlığını bildirib.

BSU-nun Mətbuat Xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam