“Cənab prezident, Vidadi İsayev sizə və Heydər Əliyevə xəyanət edib”
Bərdənin icra başçısı Vidadi İsayevlə bağlı vəziyyət dramatik həddə çatıb

 Yenixeber.org: Bərdə ziyalıları imzalı olaraq “Məktəb” qəzetində bəyanatla çıxış ediblər.


Ziyalılar dövlət rəhbərliyinə müraciətdə təcili olaraq Bərdəyə xüsusi komissiya göndərilməsini tələb edirlər. Onların sözlərinə görə, V.İsayev Heydər Əliyevə və İlham Əliyevə çoxlu xəyanətlər edib. 

Hətta ziyalılar müraciətdə V.İsayevin həbsini istəyiblər. Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin binası sökdürüb, ailəyə dəyən zərəri ödəməyib: 

“Söhbət Dilqəmin ailəsimdən gedir. Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdıb, şəhidlərin şəkillərini gecə zibilxanada basdırıb. 

Bərdəli olan yerli kadrları işdən kənarlaşdırmış, ayrı-ayrı rayonlardan özü kimi quldurları Bərdədə vəzifə ilə təmin edib. 

Siz ziyalıları nadanlardan qoruduğunuz halda, bu cahil Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı çərlədib öldürüb. 

Bütün bərdəlilər şahiddirlər.

Vidadi Bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir. Vidadi 2011-ci ilin martından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməmişdir. Hüzn məclisində beş dəqiqə oturmayıb. 

Vidadi çoxillik çinarlardan 50-dən çoxunu gecə kəsdirib, gecə Bərdədən çıxartdırıb. Şəhərdə çinar yoğunluğunda, çinar hündürlükdə bir cökə ağacı vardı, onu da gecə kəsdirmiş və gecə də aparıb. Vidadi Bərdədə olan arxeoloji qazıntını zir-zibillə, torpaqla doldurub”.

 “Məktəb” qəzetində çap olunmuş müraciətdə V.İsayevin digər qanunsuzluqları da açıqlanıb. Ziyalıların sözlərinə görə, rayonların hamısında 20 Yanvar abidəsi var: 

“Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırdı.

Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.

Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb. 

Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını gecə daşıtmışdır. Doxsan yeddi gözdəki mebelləri daşıdıb.

Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və tikdi, materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırdı. 9 nömrəki betonzavod vardı. 

Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürdü və avadanlıqlarını gecə də daşıtdırdı. Mədəniyyət sarayının sökülməsi on ay, zavodun sökülməsi 1 il, 2 ay çəkdi. Təsəvvür edin, zavod necə nəhəng zavod imiş.

O, bir gün yuxuda görür ki, diş həkimlərində qızıl küplədir. Yuxudan duran kimi rayonun baş həkiminə zəng vurub deyir ki, 73 diş həkimi var. Onlardan dördünə toxunma, qalanlarının fəaliyyətini dayandır. 

Müdir kimdir ki, kobud başçının sözünü yerə salsın. 10 mart 2017-ci ildə əmr verib altmış doqquz həkimin fəaliyyətini dayandırdı. Bir aydan sonra Vidadi hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi.

Bərdədə Vidadinin zülmü Bərdə ziyalılarını boğaza yığıb; belə ki, o, müəllimləri, həkimləri, kitabxanaçıları süpürgəçi kimi küçələrdə işlədir.

Bərdədə çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb. Bu barədə internetdə, mətbuatda yazılar gedib. Vidadi deyir ki, ay yazıqlar, kimdir xalqın səsini eşidən, görmürsünüz özbaşınalıqdır. Bir də ki, Bərdə mənimdir, nə edərəm özüm bilərəm.

O, abidələri sökdürür, tikinti yerlərinin izlərini itirməyə başlayır. Heydər Əliyev və Rüstəm Səfərəliyevin adı ilə bağlı bütün yerləri məhv edir. Bu barədə internetdə, mətbuatda dəfələrlə məlumat verilib.

Bərdə şəhərinin daxilində zavodlardan dəmir yola relslər uzanırdı. O, dəmir relsləri də Vidadi sökdürüb gecələr daşıtdırıb. Vidadi iki böyük binanı həbs etdirib: biri stadionun yanında “Qarabağ restoran”ı adlı bina, biri də Mərkəzi xəstəxananın hasarının yanında adsız bina.

O, Bərdəyə gələn kimi Nizami küçəsinin adını götürtdü. Nizaminin heykəlini götürtdürüb hardasa gizlətdirdi, Nizami klubunu sökdürdü. 

Nizami adına məktəbin (üç mərtəbəli) üstünü, tavanını, pəncərələrini, qapılarını götürtdürdü və onları da gecə Bərdədən çıxartdırdı. Dedi ki, məktəbi əsaslı təmir etdirəcəyəm, ancaq indi deyir ki, mən elə söz deməmişəm.

Bərdəlilər bu fikrə gəliblər ki, Vidadi Bərdədən həbsxanaya göndərilməsə dinclik tapmayacaqlar”. 

(http://www.aarinfo.az/?p=59159&fbclid=IwAR0wBf7-HQNMiHge9dliN9F0TKcgUF8CzurtdID6gTNhYRxAH8IKSeSWdlI)(cahan.info)

Yüzlərlə Bərdəli adından:

1. Əliyev Cəbrayıl – seriya AZE № 04313279
2. Əliyev Telman – seriya AZE № 04313279
3. Abbasov Abbas – seriya AZE № 03597585
4. Həsənov Rüstəm – seriya AZE № 04980627
5. Baxşəliyev Şahlar – seriya AZE № 06886009
6. Əliyev Yusif – seriya AZE № 04473783
7. Cavanşirov Elşən – seriya AZE № 14283446
8. Mamayev Zəfər – seriya AZE № 14256119
9. Məmişov Fazil – seriya AZE № 08562283
10. Sadıqov Əli – seriya AZE № 04848136
11. Rzayev Əjdər – seriya AZE № 0643850
12. Hacıyev Faiq – seriya AZE № 03593425
13. Əhmədov Natiq – seriya AZE № 01519372
14. Sadıqov Kənan – seriya AZB № 05230637
15. Abdullayev Çingiz – seriya AZE № 05268312
16. Quliyev Yaşar – seriya AZE № 05437543
17. Piriyev Adil – seriya AZE № 05270524
18. Yusifov Səfər – seriya AZE № 04983004
19. Nuriyev Arzu – seriya AZE № 04980385
20. Əkbərov Ramin – seriya AZE № 03106304
21. Mirzəyev Vüsal – seriya AZE № 0686694
22. Qafarova Leyla – seriya AZE № 048449586
23. Quliyev Elgiz – seriya AZE № 60249809
24. Qurbanov Elşad – seriya AZE № 03434037
25. Qasımov Eltural – seriya AZE № 00765023
26. Mehralıyeva Güllər – seriya AZE № 04849539
27. Həsənov Mobil – seriya AZE № 13206837