Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Feodal təfəkkürlü icra başçısı!

                 

 Bərdə rayon icra haikimiyyəti başçısının dövlət vəsaitini talamasına niyə göz yumulur?
“Xeberinfo.com”: İcra hakimiyyəti başçılarının özbaşınalıqları ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Bu məlumat digərləri ilə ümumən eynilik təşkil etsə də, müəyyən özəllikləri ilə də diqqəti cəlb edir. Söhbət Bərdə rayon icra haikimiyyətinin başçısı Vidadi İsayevin özfəaliyyətindən gedir. Redaksiyamıza daxil olan məlumata görə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev müxtəlif adlarla büdcədən ayrılan vəsaiti yeyib süpürür.

Məlumata görə Vidadi İsayev bu dəfə Bərdəyə səfər edən nəqliyyat naziri Ziya Məmmədova kələk gəlməyə çalışıb. Ki, bu da rayon camaatının gözündən yayınmayıb. Necə deyərlər icra başçısı “üstü bəzək, altı təzək” prinsipi ilə naziri qandırmağa çalışıb.

Bərdə camaatı Vidadi İsayevin rayon əhlinə məxsus torpaqları müxtəlif ad və vasitələrlə onların əlindən alaraq, satışa çıxardığını iddia edir. Bundan başqa icra başçısının sahibkarlardan aylıq xərac topladığı da deyilir. Etiraz edib, onun əksinə çıxanları isə “səni içəri soxduraram, ağlın başına gələr” deyə hədələdiyi bildirilir.


Mənbəmiz daha sonra bildirir ki, Vidadi İsayev hazırda növbəti villasını Yevlax rayonunda tikdirməkdədir.Sən demə cənab İsayev növbəti vəzifə pilləsini Yevlax rayon icra haikimiyyətinin başçısı postunda arzulayır və görür. Hətta bu arzusunu kiçik dairələrdə dəfələrlə dilə gətirdiyi də deyilir. Uydurma bəhanələrlə kütləvi şəkildə para toplamağını da bu səbəbdən əsaslandırmağa çalışır. Eyni zamanda, Vidadi İsayev heç kəsdən çəkinmədən hamıya açıq şəkildə “Mənə bu qədər pul lazımdır, Yevlaxda villam yarımçıq qalıb”- deyir.

Biz redaksiyamıza daxil olmuş bu və digər məlumatları dəqiqləşdirmək istiqamətində hörmətli Vidadi İsayevi də dinləməklə qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazmağa çalışacağıq.

 

 

İlham 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam