Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının başı bəlada: QOHUMU HAKİMİYYƏT ƏLEYHİDARI ÇIXIB

Həmin şəxs mötəbər məclislərdən birində indiki iqtidarı sərt formada tənqid edib, Bərdənin icra başçısının Heydər Əliyevin inşa etdirdiyi bulağı sökdürməsi isə ortalığı qarışdırıb 

Xeberinfo.com:   Bərdənin icra başçısı Vidadi İsayevin də durumu ağırlaşmağa başlayıb. Buna səbəb son günlər bir neçə rayonun rəhbərinin işdən çıxarılması göstərilir. JAM.AZ xəbər verir ki, İsayevi narahat edən başlıca məqam odur ki, onun da artıq vaxtının çatdığını yuxarılardan bildiriblər. 

Etibarlı mənbələrdən aldığımız məlumata görə, özünü «Günəş» deyə çağırılmasını tələb edən icra başçısının əvvəlcə, Bərdədən başqa bir rayona təyinat alacağı ümidi varmış. Lakin son günlərdə artıq bu ümidləri də sıradan çıxıb. Çünki ona haqqında yetərli qədər şikayət olduğu, habelə bir sıra qalmaqallara qarışması halları təsdiqlənib. Bu isə onun karyerasının sonu deməkdir. 

JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Vidadi İsayevin ən pis hərəkəti isə onun Heydər Əliyev hakimiyyəti dövründən Bərdədə qalmış ən kiçik tikililərin belə sıradan çıxarılmasıdır. Mənbələr iddia edirlər ki, icra başçısı hətta mərhum prezident Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində Bərdə rayonunda inşa etdirdiyi bulaqlar belə sökdürüb. Bunu hansı məqsədlə və niyyətlə etdiyi isə məlum deyil.

Bəzi məlumatlara görə isə Vidadi İsayevin ən yaxın qohumu üzdə hazırkı hakimiyyətə alqış desə də, arxa planda onları sərt formada tənqid edənlərdəndir. Hətta bir dəfə mötəbər məclislərin birində həmin qohum içindəki istəyini ortaya qoyubmuş. Həmin vaxt icra başçısı durumu birtəhər toparlamağı bacarıb. Lakin qohumun bunun ardından bir neçə məclisdə də faktiki hakimiyyətə qarşı aqressiv çıxışlar etdiyi vurğulanır. 

Yazıyla əlaqədar olaraq qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam