Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Suraxanının icra başçısı “Qaraçuxur parkı”nda obyekt tikdirir -PARK HASARA ALINIB



 

 

İlqar Abbasov müavini və bacanağı Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı səxs parkın ərazisini zəbt edib

 

Mais Məmmədov qardaşı Oqtay Məmmədova arxalandığı üçün Suraxanıda ürəyi istədiyi kimi hərəkət edir

 

Yenixeber.org: Hamıya məlumdur ki, müxtəlif dövlət postlarında çalışan şəxslərin, vəzifə sahiblərinin bizneslə məşğul olması qüvvə olan müvafiq qanunlarla qəti şəkildə qadağandır. Məhz elə bu səbəbdən də bir sıra məmurlar, icra başçıları, onların müavinləri, o cümlədən bələdiyyə sədrləri sahib olduqları biznes obyektlərini yaxınlarının, ayrı-ayrı şəxslərin adına rəsmiləşdirir və bu yolla özlərini sığortalamağa çalışırlar. Lakin bu cür bəsit üsullarla nəinki aidiyyatı orqanları, heç sadə vətəndaşları belə, aldatmaq mümkün deyil. Çünki uzağı 40 gündən sonra hansı obyektin kimə məxsus olduğu gün üzünə çıxır. Odur ki, bu və digər məmur nə qədər çalışsa da, sahib olduğu obyektləri uzun müddət gizli saxlaya bilmir.

Bizneslə məşğul olan məmurlardan söz düşmüşkən nəzərinizə çatdıraq ki, ölkənin, eyni zamanda paytaxtın bir çox rayonlarında olduğu kimi Suraxanıda da bu tip vəzifə sahiblərinə rast gəlmək mükkündür. Belə ki, adıçəkilən rayonun sakinlərinin sözlərinə görə, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində, "Aura" şadlıq sarayının yaxınlığında yerləşən "Neftçilər" parkının ərazisinin bir hissəsi icra başçısı İlqar Abbasov, onun müavini və bacanağı Etibar Səlim oğu Yolçiyev, həmçinin Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Mais İlyas oğlu Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı səxsin ixtiyarına verilib. Deyilənlərə görə, həmin Vaqif adlı şəxs 7 ilə yaxındır ki, təmir adı ilə hasarlanan parkın ərazisini zəbt edərək orada "Nuray" adlı restoran, ailəvi istirahət mərkəzi inşa edib. Halbuki. bu, tamamilə qanuna ziddir. Çünki İlqar Abbasov və yuxarıda adıçəkilən digər yetkili şəxslər tərəfindən "Nuray" restoranının sahibinə verilən torpaq sahəsi magistral su və qaz xətlərinin yaxınlığında yerləşir. Bundan başqa, Qaraçuxur qəsəbə sakinləri iddia edirlər ki, həmin ərazidə ailəvi istirahət mərkəzinin tikintisinin aparılması üçün heç bir qanuni sənəd yoxdur. Buradan da belə çıxır ki, obyekt sahibi Vaqif adlı şəxs İlqar Abbasov, onun müavini Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun "xeyir-duası"nı aldıqdan sonra tikintiyə başlayıb.

Bu arada, məsələ ilə bağl redaksiyamıza verilən başqa bir məlumatda isə qeyd olunur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı da Qaraçuxur parkı kimi tanınan ərazidə özünə obyekt tikdirir. Sakinlərin sözlərinə görə, ilk öncə onlara parkın ərazisində bağçanın tikiləcəyi bildirilsə də, bir qədər sonra aldadıldıqlarının öyrəniblər. Yəni sonradan məlum olub ki, parkın ərazisində bağça-filan yox, icra başçısı İlqar Abbasovun yeni obyektinin tikintisi gedir. Eyni zamanda, o da bildirilir ki, əvvəllər həmin obyektin ərazisində yaşıllıq olub. Lakin icra başçısının tapşırığı ilə yaşıllıq ərazi məhv edilib və hazırda yerində tikinti işləri gedir.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədova gəlincə, nəzərinizə çatdıraq ki, verilən informasiyalara görə, o, tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib. Belə ki, Yeni Günəşli qəsəbəsində yerləşən "Qrand" şadlıq sarayının Mais Məmmədova məxsus olduğu, eyni zamanda Suraxanı MKTB rəisinin Şabran rayonunda dəvə fermasına sahib olduğu qeyd olunur. Mais Məmmədovla bağlı əldə etdiyimiz digər məlumatda isə onun qardaşı Tahir Məmmədovun əvvəllər Qaraçuxur bələdiyyəsinin sədri olduğu bildirilir. Deyilənə görə, Tahir Məmmədov səhhətindəki problemləri əsas gətirərək öz ərizəsi ilə işdən çıxıb. Lakin Qaçuxur sakinləri iddia edirlər ki, onun səhhətində heç bir problem olmayıb, sadəcə tikinti sektorunda fəaliyyətə başladığı üçün bələdiyyə sədrliyindən istefa verib. Onu da qeyd edək ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin digər qardaşı Oqtay İlyas oğlu Məmmədov isə 1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləyib. 2013-2016-cı illərdə Kürdəmir Rayon Polis Şöbəsinin rəisi olub. 05.07.2016-cı il tarixdən etibarən isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib. Deyilənlərə görə, Mais Məmmədov məhz qardaşı Oqtay Məmmədova arxalandığı üçün Suraxanı rayonunda ürəyi istədiyi kimi hərəkət edir, müxtəlif yollarla gəlirlərini artırmağa çalışır.

Yeri gəlmişkən, qeyd edək ki, əldə etdiyimiz bilgilərdə Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov haqda da heç xoş sözlər söylənilmir. Belə ki, onun da adının torpaq alverində hallandığını iddia edən qəsəbə sakinləri bildirirlər ki, İxtiyar Nəcəfov vaxtilə ən fəal cəbhəçilərdən olub. Məhz bu səbəbdən də onun hələ də cəbhəçilərlə sıx münasibətdə olduğu, onlara maliyyə yardımı etdiyinə dair ciddi şübhələr var.

İlqar Abbasovun müavini və bacanağı Etibar Yolçiyevlə bağlı məsələyə gəlincə, qeyd etmək lazımdır ki, Suraxanı rayon sakinləri artıq onun əməllərindən təngə gəliblər. Məsələn, Hacı Bəkir Həsənbəyli adlı şəxs bu ilin iyul ayında özünün "facebook" səhifəsində Etibar Yolçiyevin başına açdığı oyunu işıqlandırıb. Belə ki, "Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasovun müavin və bacanağı Etibar Yolçiyev qanuni çıxarışı olan torpaq sahəsində ev tikməyə imkan vermir" deyən Hacı Bəkir Həsənbəylinin sözlərinə görə, Etibar Yolçiyev tikintiyə başlamaq üçün ondan bank hesabına 2000 manat köçürməyi tələb edib. Bununla bağlı ölkə başçısına məktubla müraciət etdiyini vurğulayan Hacı Bəkir Həsənbəyli qeyd edib ki, Baş Prokurorluq məsələnin araşdırılması üçün Suraxanı Rayon İcra Hakimiyyətinə məktub göndərib: "İcra hakimiyyəti nə vaxtdan vəzifədən sui-istifadə hallarını yoxlayan olub? Görəsən niyə Yolçiyevin özbaşınalığına biganə qalınır?" Ümumiyyətlə, Etibar Yolçiyevin adı bir neçə dəfə ev tikintisi, torpaq satışı zamanı qanunuz rüsumlar tələb etməkdə hallanıb. Lakin buna rəğmən, onun barəsində müvafiq ölçü götürən olmayıb. Görünür, onun icra başçısı İlqar Abbasovun bacanağı olması buna imkan vermir və kimlərinsə qarşısını kəsir...

Ümid edirik ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi başda olmaqla, digər səlahiyyətli qurumlar Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkının təmir adı altında hasarlandıqdan sonra ərazisinin bir hissəsinin zəbt edilməsi ilə bağlı məsələni ciddi şəkildə araşdıracaq, buna qol qoyan şəxslərin qanunamüvafiq formada cəzalandırılması üçün əllərindən gələni edəcəklər.(sözçü.info)

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam