Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısının qohumbazlığı

 

 İcra başçısı Ağcabədini qohum-əqrəbası arasında “pay-püş edib”

 

“Xeberinfo.com”: Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı son bir neçə ayda yayılan məlumatlar bu rayonda nələrin baş verdiyini üzə çıxarmaqdadır. Bütün bu məlumatlar qarşısında icra başçısının susması, yayılan məlumatlara aydınlıq gətirmək istəməməsi də maraq doğrur. Anlamaq olmur ki, icra başçısı haqqında yayılan məlumatlarla razı olduğu üçün susur, yoxsa ictimai rəyin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini nümayiş etdirir.

Şahin Məmmədov haqqında “xeberinfo.com”a daxil olan daha bir məlumatda isə onun vəzifələrə təyinat zamanı qohumbazlıq prinsipinə üstünlük verməsindən bəhs olunur. Məlumata görə, Şahin Məmmədov son bələdiyyə seçkilərində əmisi oğlu Əzən Məmmədovun yenidən Mirzəhaqverdili bələdiyyəsinin üzvü və sonradan da sədri seçilməsini təmin edib. İcra başçısı doğma kəndində yerli hakimiyyətin kənar şəxsin əlində olmasını mümkünsüz hesab edərək, bələdiyyə sədri postuna əmisi oğlunun seçilməsini təmin etdiyi kimi, rayonda yeganə qəsəbə olan Hindarx bələdiyyəsinin də yad əllərə keçməsinə razı olmayıb. Belə ki, Hindarx bələdiyəsinin sədri vəzifəsinə icra başçısı Şahin Məmmədov doğma bibisi oğlu Təvəkkül müəllimin seçilməsini təmin edib. Daha sonra isə icra başçısı başqa bir qohumunu, Malik Mirzəyevi rayon Meliorasiya İdarəsinin rəisi təyin olunmasına nail olub. Məlumatda Meliorasiya İdarəsinin yeni rəisi Malik Mirzəyevin icra başçısının əmisi oğlu, Mirzəhaqverdili bələdiyyəsinin sədri Əzən Məmmədovla yeznə-qayın olduğu da qeyd edilir.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun rayonda vəzifə verdiyi digər qohum-əqarabları ilə də bağlı məlumatlar var. Onları dəqiqləşdirdikdən sonra açıqlayacağıq. Eləcə də Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin sabiq rəisi Fəxrəddin Kərimovun işdən azad olma, eləcə də başına gələn digər problemlərlə bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. Həmin məlumatları da araşdırırıq.

 

 

Kamandar Gülməmmədov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam