Bərdə rayonunda formalaşan 66 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 825.376 manat borcu var. Bunu belediyye.info saytı özü açıqlayıb
Yenixeber.org: Bu borcun böyük bir qismi 2014-cü ilədək 15 il ərzində əvvəlki bələdiyyə sədrlərinin ödəmədikləri borclar və onlara hesablanmiş faizlər təşkil edir.DSMF-yə borcun miqdarı 5000 manatdan başlamış 70 min manatadək yüksəlir.
Siyahıda rayonun hansı kınd bələdiyyəsinin nə qədər borclu olduğu açıqlanıb. Belə getsə Bərdə bələdiyyələrinin DSMF-yə borcu ilin sonunadək bir milyon manata çatacaq. (http://belediyye.info/new/details/berde-belediyyelerinin-borcu-bir-milyon-manata-yaxinlasir-:-ciddi--4407.htm)
Bəs bu qədər borc hardan yığılıb? Bələdiyyə sədrləri niyə vaxtında sosial fonda ödəniş etməyiblər? Bərdə rayon bələdiyyə sədri büdcə pullarını hara sovurur?
Bunu öyrənmək elə də çətin deyil. Bir müddət əvvəl Bərdə sakini Zərifə Şəfixanova H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciətində bildirmişdi ki, bizə sənəd vermək əvəzinə, başımıza oyun açılır:
“Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov sənədləşdirmə adıyla məndən külli miqdarda pul alıb və hətta rüsumlarda məni aldadıb.İndi bizə verilən torpaq sahəsi və öz vəsaitimizlə tikdirdiyimiz binalar hərraca çıxarılıb”.
S.Xəlilov Rusiyada bizneslə məşğul olb və sonra yığdığı pulla rayona vəzifəyə gələ bilib. - Bələdiyyələrin inkişafı üçün dövlət tərəfindən ayrılan minlərlə manat pullar abadlıq adı altında göylərə sovrulur. Ancaq rayonda abadlıq deyilən nəsnəni tapmaq müşgül işdir.
Ərazidəki torpaqlardan istifadəyə görə icarə haqqlarının və həyətyanı torpaq sahələri üçün torpaq vergisinin yığılmasında da xeyli qanun pozuntuları vardır. Bu pulların da haraya necə xərcləndiyini sədrdən başqa yəqin ki, bilən yoxdur.
Bir müddət əvvəl S.Xəlilov “Prado” markalı maşını ilə qəzaya düşmüşdü. Sual yaranır ki, dövlət maaşı ilə bələdiyyə sədri necə bahalı maşın sürə bilir? Çünki Rusiyadakı biznesi və bələdiyyələrdən xortumladığı milyonlar onu oliqarxa çevirib. Odur ki, sosial fonda 1 milyona yaxın borc qalmaqdadır.
Bərdə Şəhər Bələdiyyəsinin sədri S.Xəlilov yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir və əldə olunan gəlirlər vətəndaşların rifahına yönəldilmir. Bərdə rayonunun ayrı-ayrı torpaq sahələrinin bu qurumun əliylə başqa şəxs tərəfindən mənimsənilməsi onun növbəti özbaşınalıqlarından biridir.
Rayon sakinləri bildirirlər ki, Bərdə Şəhər Bələdiyyəsinin sədri digər məmurları ilə əlaqəyə girərək bir sıra torpaq sahələrini mənimsəyib. Məhz ona görə də, bu gün rayonun mərkəzində boş torpaq sahəsi tapmaq müşkülə çevrilib.
Sakinlər iddia edirlər ki, Bərdə Şəhər Bələdiyyəsinin sədri səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox torpaq alverilə məşğul olur və bu zaman külli miqdarda gəlir götürür.
Məsələ burasındadır ki, adıçəkilən bələdiyyənin yetkili şəxslərinə müraciət edən sadə vətəndaşlar torpaq almaq istədiklərini bildirdikdə «auksion keçiriləndə gələrsiniz» cavabını alıb əliboş geri qayıdırlar.
Hətta qanunla vətəndaşlara verilməli olan torpaq sahələri belə, ayrı-ayrı şəxslərə satılıb. Çünki artıq onlara da məlumdur ki, bələdiyyə sədri öhdəsinə düşən işi icra etməkdənsə vaxtını tamam başqa məsələlərə sərf edir.
Hazırda Bərdədə əhali içməli su sarıdan ciddi əziyyət çəkir. Rayonun daxili yolları da yararsız vəziyyətdədir. Bununla bağlı sakinlər dəfələrlə bələdiyyə sədrinin qəbulunda olublar. Lakin sədr şikayətçiləri narahat edən problemlərə demək olar ki, əhəmiyyət vermir.
Əgər belə olmasaydı, o zaman o, bələdiyyənin gəlirləri hesabına qeyd olunan problemləri aradan qaldırardı. Axı bu kimi işlərin icrası məhz onun üzərinə düşür.
Bərdə rayonunda asfalt örtüyünün dağıldığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, yağışlı və qarlı havalarda hətta mərkəzi küçələrdə belə, gəzmək mümkün olmur:
Əgər bələdiyyənin büdcəsində yetərli vəsait olmasaydı, müəyyən mənada bunu başa düşmək olardı. Lakin rayondakı bütün evlərdən illik torpaq pulu, dükanlardan vergilər yığılır. Bəs bu vəsaitlər hara gedir, kimə və nə üçün sərf olunur?(cahan.info)