Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bayıldakı sürüşmənin “Əbədi məşəl” kompleksinə təsiri var?- Ekspedisiya rəisi AÇIQLADI

Bayıldakı sürüşmənin “Əbədi məşəl” kompleksinə təsiri var?

 

Bayıl yamacındakı sürüşmə sahəsi Bakı Televiziya Qülləsindən 200-250 m cənub - şərqdə yerləşir və sürüşmənin Teleqülləyə hər hansı təsiri yoxdur

 

 Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

Ekspedisiya rəisi sürüşmənin ətrafdakı digər ərazilərə - "Əbədi məşəl" kompleksi və "Gülüstan" sarayına hər hansı təsirinin olub-olmamasına da aydınlıq gətirib. O qeyd edib ki, "Əbədi məşəl" abidəsi Bayıl dərəsinin sol sahilində yerləşir, sürüşmə prosesinin baş verdiyi ərazi isə Bayıl dərəsinin sağ sahilindədir: "Bildiyiniz kimi "Əbədi məşəl" abidəsi yaxınlığında 2000-ci ilin mart ayında sürüşmə baş vermişdi. Ora da sürüşməyə meylli ərazidir. Lakin Bayıl yamacında baş verən sürüşmənin "Əbədi məşəl" abidəsinə təsiri yoxdur. Bayıldakı sürüşmə lokal ərazidə baş verir. "Əbədi məşəl" abidəsi sürüşmə sahəsindən təxminən 200-250 metr məsafədə yerləşir.   

"Gülüstan" sarayının istinad divarlarında isə aidiyyəti qurumlar tərəfindən mayaklar quraşdırılır. Hər ayın sonunda mayaklarda dəyişikliyin olub - olmaması barədə Nazirlər Kabinetinə məlumat verilir. Biz də mütəxəssis olaraq həmin mayaklara baxış keçiririk. Hələ iki il öncə mayaklarda dəyişikliyin qeydə alınması barədə biz məlumat vermişdik. Lakin "Gülüstan" sarayının istinad divarlarında ciddi dəyişiklik müşahidə olunmur". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam