Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Bayıl yamacı yaşayış üçün təhlükəlidir” –Nazirlik

 

telequllede_parashutle_atlama_220716_02“Bayıl sürüşmə sahəsində heç bir dəyişiklik yoxdur, vəziyyət sabitdir”.

Yenixeber.org: Bunu açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ərazidə yenidən sürüşmə hadisəsinin gözlənilib-gözlənilmədiyi sualına cavab verən mütəxəssisin sözlərinə görə, Bayıl zonasının müxtəlif yerləri daimi sürüşməyə meyilli ərazilərdir: “Burada ilk dəfə 1847-ci ildə sürüşmə qeydə alınıb. Sonuncu sürüşmə isə 2000-ci ildə baş vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il hesabatında son sürüşmənin baş verdiyi ərazi konturlaşıb ki, sürüşməyə meyilli, təhlükəli ərazidir və nə vaxtsa orada sürüşmə baş verə bilər”.

“Sürüşmə təhlükəsinin olduğu ərazidə əhalinin məskunlaşmasını mütəxəssis kimi məsləhət görməzdim” – deyən Ə.Qaralovun sözlərinə görə, 2004-cü il hesabatlarında vurğulanıb ki, Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır: “Nazirlər Kabinetinin də həmin ərazi ilə bağlı 56 nömrəli qərarı var. Bayıl yamacını heç bir vəcvlə yükləmək olmaz, həmin ərazidə tikinti işləri aparılmamalıdır. Bu ərazi yaşayış üçün təhlükəlidir”. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam