Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

 

 

Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: "Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir".   

Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: "Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın". 

Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: "Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb". 

 

Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam