Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Yaxın Şərqin xəritəsi tamam dəyişəcək”

 

Yaxın Şərqdə vəziyyət artıq pik nöqtəsinə çatıb. Rusiya və İranın bölgədə vahid hərəkəti, Moskvanın öz qoşunlarını Suriyaya göndərməsi Qərb ölkələrini narahat edir.

"Xeberinfo.com":   Lakin istənilən təzyiqə baxmayaraq, Rusiyanın bu addımından geri çəkiləcəyinə ümid edilmir. Üstəlik, bu proseslərin hökm sürdüyü bir zamanda İranla “Altılıq” ölkələri arasında nüvə razılaşmasının imzalanması və Tehrana qarşı sanksiyaların yaxın müddət ərzində ləğv edilməsi Yaxın Şərqdə yatmış aslanın yenidən oyanmasına səbəb olacaq. Yaxın Şərqin gələcək taleyini müzakirə etmək üçün rusiyalı politoloq Sergey Biryukova müraciət etdik:

 

- Cənab Biryukov, İran üzərindən sanksiyalar götürülür. Bu, təbii ki, İranı gücləndirəcək. Rəsmi Bakını narahat edən məqamlardan biri İranın bəzi dairələrində dəfələrlə Azərbaycanın “Şimali İran” olması ilə bağlı səsləndirilən fikirlərdir. Maraqlıdır, Qərbin sanksiyalarından canını qurtaran ölkə Azərbaycana qarşı xarici siyasətini bu tezis üzərində qura bilərmi?

 

- Məncə İrana qarşı sanksiyaların ləğvindən sonra Tehran çətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən hansısa fəaliyyət həyata keçirsin. Sanksiyalar mərhələli şəkildə ləğv ediləcək və İran rəhbərliyi Qərblə əlaqələrin qurulmasında maraqlıdır. Tehran özünü riskə atmayacaq. Çox güman ki, bu ssenariyə Azərbaycanla partnyorluq münasibətləri quran Avropa Birliyi də qarşı çıxacaq. Bundan başqa Bakı ilə ənənəvi dostluğu olan Türkiyə və Zaqafqaziyada destablizasiya istəməyən Rusiya da bu tip halın baş verməsinə imkan verməyəcək. “Şimali İran” konsepsiyasının tərəfdarları yaxın zamanlarda rəsmi Tehranın xarici siyasətini müəyyənləşdirməyəcəklər.

 

- İran hər zaman Qərbin “qara siyahısın”da olub. Bu sanksiyaların ləğvi tufanqabağı sakitlik adlandırıla bilərmi?

 

- Yaxın Şərqdə situasiya həqiqətən də çox ağırdır. Lakin İran üzərindən sanksiyaların götürülməsi çətin ki hansısa müharibənin başladılması üçün bəhanə ola bilər. İran rəhbərliyi heç bir halda xarici siyasətinin uzun illər ərzində formalaşdırdığı təktərəfli təcrid olunmaya izn verməyəcək. Praqmatik olan Ruhani ilə təmsil olunan rəsmi Tehran özünün istənilən birtərəfli fəaliyyətinin hansı nəticələrə gətirib çıxaracağını pis hesablamır. Tehranın hansısa genişmiqyaslı hərbi konfliktə girəcəyi o qədər də inandırıcı görünmür.

 

- Amma ABŞ Yaxın Şərqdə üç dövləti – Suriyanı, İraqı və Əfqanıstanı demək olar ki, yox edib. Artıq illərdir ki, İranın da bu siyahıya daxil olduğu iddia edilir...

 

- Məncə, Çin, Rusiya və İran arasında olan qeyri-rəsmi alyans Qərb ölkələrinin İrana qarşı hansısa addımlar atmasına imkan yaratmır. İndiki dövrdə nə ABŞ, nə də Avropa Birliyi bunda maraqlıdır.

 

- Bəs o zaman niyə dünyanın bəlkə də sakitlik tanımayan yeganə regionu Yaxın Şərqdir?

 

- Qərb siyasi cəhətdən vahid deyil. Okeanın o tayında olan qüvvələr regionda idarəolunan xaos şəraitinin hökmran olmasında maraqlıdırlar. Lakin Avropa Birliyinin maraqları fərqlidir. Brüssel Yaxın Şərqdə stabilliyin hökm sürməsini və proqnozlaşdırıla bilən siyasətin olmasını daha çox  istəyir.

 

- Lakin bir sıra müsəlman ölkələrin liderləri Qərb ölkələrini Yaxın Şərqdə “Böyük İsrail” yaratmaq istəməkdə günahlandırırlar...

 

- Yaxın Şərq miqyasında “Böyük İsrail” proyekti daha çox tarixi keçmişə məxsusdur. ABŞ aktiv şəkildə ərəb rejimləri ilə “parçala və hökm et” siyasəti əsasında çalışır. Bu ölkələrdə öz təsirini müxtəlif kanallarla gücləndirir. Yəni Vaşinqtona bu tip siyasi alət öz maraqlarının reallaşdırılması üçün sadəcə gərəkli deyil.

 

- Maraqlıdır ki, Rusiya da Yaxın Şərqə geri dönməyə çalışır. Əfqanıstan və Misir təcrübələrindən sonra Moskva bir daha niyə geri qayıdır?

 

- Rusiya, əslində, özünün Suriya ilə münasibətlərdə üzərinə götürdüyü müttəfiqlik öhdəliklərini yerinə yetirməyə cəhd edir. Bu, 1982-ci ilin ikitərəfli razılaşmasına əsasən, Moskvanın üzərinə götürdüyü öhdəlikdir. Hazırkı situasiyada Bəşər Əsəd rejiminin tam olaraq devrilməsi və İŞİD-in Yaxın Şərq regionunu bundan sonra ekspansiya etməsi buraya daxil olan dövlətlərin çoxu üçün geosiyasi fəlakət olacaq. Rusiyasız İŞİD-ə qarşı yaradılan koalisiya təsəvvür edilə bilməz.

 

- Görünür, Yaxın Şərqin xəritəsi yenidən formalaşdırılacaq.

 

- Yaxın Şərqin siyasi xəritəsinin dəyişilməsi bizim gözlərimiz qarşısında baş verir. Artıq bəzi dövlətlər praktiki olaraq dağıdılıblar, yerdə qalanların hər birində isə qeyri-stabillik yaradılıb. Aydındır ki, artıq sərhədlərin əvvəlki struktur və sisteminə yenidən qayıtmaq mümkün olmayacaq. 

 

Axar.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam