Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avropa Film Festivalı başlayır-Bakıda

 

 

Səfir: Azərbaycanla Aİ arasındakı mədəni əməkdaşlığın insanlar qarşısında yeni imkanlar açmasını istəyirik
"Azərbaycanla Avropa İttifaqı arasındakı mədəni əməkdaşlığın insanlar qarşısında yeni imkanlar açmasını istəyirik".

Yenixeber.org: Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas ənənəvi Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu filmlər bir-birimizi, həyat tərzimizi və problemlərimizi daha yaxşı başa düşməyə imkan verir. Bu məqsədlə bu yaxınlarda çəkilən filmləri seçirik. İstəyirik ki, insanlar haqqında film çəkilən ölkələr barəsində daha çox şey öyrənsin, ora səfər etsin", - səfir söyləyib.

O həmçinin qeyd edib ki, Avropa Film Festivalının Bakıda keçirildiyi 9 il ərzində, ümumilikdə, 128 film nümayiş etdirilib.

Qeyd edək ki, Avropa Film Festivalı arıdıcıl 9 ildir Bakıda keçirilir və Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilir.

Bu il festival oktyabrın 10-da nümayiş olunacaq "Wild Amsterdam" (Hollandiya) sənədli filmi və "Kincsem" (Macarıstan) macəra janrlı filmlə açılacaq. Bundan əlavə, Portuqaliya, Latviya, Böyük Britaniya, Norveç, İspaniya və bir sıra digər ölkələrdən olan müəlliflərin filmləri nümayiş etdiriləcək.

Film festivalı oktyabrın 21-də azərbaycanlı rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi ilə başa çatacaq.

Filmlərə giriş pulsuzdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam