Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı rejissorun filmi Asiya Dünya Film Festivalında göstəriləcək- FOTO\VİDEO

 

 

 

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi oktyabrın 30-da Asiya Dünya Film Festivalı çərçivəsində nümayiş olunacaq

 

Yenixeber.org: Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival oktyabrın 25 dən - noyabrın 2-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Müsabiqədə yer alan Asiya qitəsindən olan 20 filmdən “Nar bağı” daxil olmaqla 12-si Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası (Oskar mükafatı) uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Asiya Dünya Film Festivalı qitə kinosunun cari il ərzində seçilmiş ekran əsərlərinin Hollivudda tanınması, Asiya ölkələri və ABŞ kino sənayeləri və kinematoqrafçıları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri rol alıb.

Asiya Dünya Film Festivalının münsiflərindən biri türkiyəli aktrisa Tuba Büyüküstündür.

Məlumat üçün bildirək ki, “Nar bağı”nın dünya premyerası “Karlovy Vary” Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Film, həmçinin 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam