Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var"

 

“Siz təsəvvür edirsinizmi insanlar ucuz qiymətə Gürcüstandan hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var. Əlbəttə, mən də arzu edərdim ki, aviabiletlərin qiymətləri daha ucuz olsun. Mənim ailəm də, dostlarım da xaricə uçurlar. Amma qiymətləri bazar tənzimləyir”.
 
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
 
Nazir Azərbaycandan başqa ölkələrə çarter uçuşlarının da təşkil olunduğunu söyləyib: “Məsələn, yay mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter reyslərinin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər. Yəqin ki, Gürcüstan və Rusiyada da ucuz paket təklif edən uçuşlar var. Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan aviasiya şirkəti regionda aparıcı şirkətdir. Onun xərclədiyi vəsait insanlar tərəfindən kompensasiya olunmalıdır. Azərbaycanda da turizm və aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam