Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vüqar Bayramovdan dərmanlarla bağlı qərara açıqlama

 

İqtisadçı Vüqar Bayramov Nazirlər Kabinetinin dərman vasitələri ilə bağlı məlum qərarı haqqında fikirlərini bildirib.  

"Xeberinfo.com":  Modern.az saytının verdiyi xəbərə görə, ekspert dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri də qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilməsinə münasibət bildirərkən bunları deyib:  

“Tarif Şurasının dərman preparatlarının qiymətini tənzimlənməsinə başlaması sözügedən bazarda müşahidə edilən yüksək və daha çox süni xarakter daşıyan qiymətlərlə bağlıdır. İqtisad və Sosial İnkişaf Mərkəzinin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyli yüksəkdir. Belə ki, oxşar dərman preparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir.

Bizdə qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalmaqdadır.  

Ölkə Prezidentinin ötən müşavirədə dərmanların qiymətinin yüksək olduğunu qeyd etməklə tapşırıqlarını verməsi əslində sözügedən bazarda qiymətlərin tənzimlənməsini vacibliyini bir daha gündəmə gətirmişdi”.  

V.Bayramovun sözlərinə görə, dərman bazarındakı süni qiymətlərin inzibati tənzimlənməsinə ehtiyac var idi:  

“Qiymətlərin Tarif Şurası tərəfindən tənzimlənməsi nəyi dəyişəcək?   Əslində, bu dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir. Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil bazar iqtisadiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati tənzimlənmənin müsbət tərəfi ondadır ki, bu bazarda qiymət artımlarının qarşısını alacaq.  

Bununla yanaşı, qiymət tənzimlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olmaqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman preparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var”.  

Mütəxəssis deyib ki, tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir:  

“Qiymət tənzimlənməsi fonunda bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsinə, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asılılığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq. Bununla da, inzibati tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək”.  

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Bununla əlaqədar “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edilib.

Nazirlər Kabinetinin yeni qərarına əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam