Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xəzər rayonunda özünüməşğulluq proqramına belə yanaşılır-Sahil Babayevin nəzərinə

 

 

Yenixeber.org: Son günlər mediada müzakirə predmetinə çevrilmiş mövzulardan biri də özünüməşğulluq proqramının icrasıdır. Daha doğrusu hazırda dövlətin sosial siyasətinin ana xəttini təşkil edən bu proqramın yerlərdə icrası zamanı meydana çıxan problemlər... "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi bəzi subyektiv səbəblərdən narazılıqlar doğurmaqdadır.

Xatırladaq ki, 7 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri kimi yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, məşğulluğun coğrafiyasının genişləndirilməsinə, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasına hesablanmış addımdır. Sözügedən  Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reaqllaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Təəssüf ki, bəzi səlahiyyət sahiblərinin, Rayon Məşğulluq Mərkəzlərinin məsul şəxslərinin sayəsində dövlət başçısının bu kimi təşəbbüslərinin yerlərdə icrası zamanı problemlər yaranır.

Son günlər bu proqram çərçivəsində vətəndaşlara xəstə mal-qaranın verilməsi ilə bağlı mediada və müxtəlif sosial şəbəkələrdə məlumatların dolanması da təsadüf deyil. Geniş müzakirələrə səbəb olmuş bu narazılıqlarla bağlı deputatlar da susmadı. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib: 

“Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuat xidməti işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünüməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Millət vəkilinin bu münasibətinə digər həmkarları da seyriçi qalmayıblar.

                            Xəzər rayonu da istisna deyil...

Özünüməşğulluq proqramının icrası ilə bağlı yenixeber.org-a da məlumatlar daxil olub. Paytaxtın Xəzər rayonundan redaksiyamıza daxil olmuş məlumatlarda Rayon Məşğulluq Mərkəzinin səlahiyyətli şəxsi Zeynalov Ağabala Azay oğlunun  sözügedən proqramın icrasına özünəməxsus yanaşmasından bəhs olunur. Maraqlıdır ki, məlumatlarda mərkəzin xanım direktorunun adı hallanmır...

Məlumatlarda Ağabala Zeynalovun bir kəsim rayon sakinləri ilə özünüməşğulluq proqramını sadəcə kağız üzərində reallaşdırması və özünüməşğulluğu "özünəxidmət" layihəsinə çevirməsi kimi detallar yer alır... Obrazlı desək məşhur filmdə adaşı məşhur istedadı şəxsi maraqları naminə istismar etdiyi kimi: Əsl “Ağabalasayağı” bir düşüncə...

Bəllidir ki, Rayon Məşğulluq Mərkəzlərinin fəaliyyət dairəsi bu layihə ilə məhdudlaşmır. İşədüzəltmə, işsizlik müavinətlərinin rəsmiləşdirilməsi və s. funksiyalar da mərkəzlərin fəaliyyəti çərçivəsindədir. Yenixeber.org-a daxil olan məlumatlarda Ağabala Zeynalovun mərkəzin bu imkanlarından da məlum maraqlar naminə yararlandığı qeyd edilir.

Biz bəlli qayda və prinsiplərə uyğun olaraq Ağabala müəllimi də dinləmək istədirk. Telefon əlaqəsi yarada bilsək də, naməlum səbəblərdən hörmətli Ağabala müəllim suallarımızı cavablandırmağı “unudub” da, bizə “insanlıq dərsi keçməy”ə çalışdı.

İnanmırıq ki, bu sayaq problemlərə həssas yanaşan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı şəxslərinin və şəxsən nazir Sahil Babayevin Xəzər Rayon Məşğulluq Mərkəzinin "özfəaliyyət klubu"na çevrilməsindən xəbəri olsun...

Qarşıdakı günlərdə toxunduğumuz problemlə bağlı geniş yazı hazırlamağa çalışacağıq.

İmran


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam