Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

2158 məcburi köçkün işlə təmin edilib

    

2158 məcburi köçkün işlə təmin edilib
Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib.
Yenixeber.org: Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.çOnlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Artıq əksər hissəsi kursları uğurla başa vuraraq biznes planlarını müdafiə ediblər. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün yaxın günlərdə aktivlər veriləcək.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayının artacağı gözlənilir.

Məcburi köçkünlərin məşğulluğunun təmin olunması işlərinin davamı kimi, 2018-ci ilin yanvar-avqust aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib. 36 nəfər məcburi köçkün ödənişli ictimai işlərə, 174 nəfər məcburi köçkün isə peşə hazırlığına cəlb olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam