Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda iş axtaranlaraŞAD XƏBƏR

Bakıda iş axtaranlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ayda Bakının Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarında səyyar əmək birjaları keçirilib.

Yenixeber.org: Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, həmin rayonların ayrı-ayrı məntəqələrində müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumatlar verilib. Müraciət edən işsiz və işaxtaran vətəndaşlara 305 müəssisə üzrə 1320 vakansiya təklif olunub.

Birjalara müraciət edənlərdən 127 nəfərə vakansiyalar üzrə müvafiq müəssisələrə göndəriş verilib. 43 nəfər peşə hazırlığı və ya əlavə təhsil kurslarına, 71 nəfər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam