Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

“CƏHƏNNƏM LAYİHƏSİ” RUSİYAYA NƏ VƏD EDİR? –Amerikan biznesi körpülərin yandırılmasından narahatdır

1531766097_trump1_700

Amerikanın biznes qrupu xəbardlarıq edir ki, hal-hazırda ABŞ konqresində müzakirə olunan Rusiyanın iri banklarına qarşı sanksiyaların genişləndirilməsi təklifi qlobal enerji tədarükü sferasında qarmaqarışıqlıq yarada bilər.

Yenixeber.org: Rusiyadakı Amerikan Ticarət Palatasının prezidenti Aleksis Rodzyanko deyib: “Əgər yeni məhdudiyyətlər Rusiyanın bütün iri dövlət kreditiorlarına dərhal zərbə vuracaqsa, onda bu, enerji resurslarının qobal ticarət sistemində “Rusal” şirkəti ilə əlaqədar görülmüş tədbirlərdən də pis şəkildə böyük kəsintilər yaradacaq”.

Aprel ayından alüminium nəhəngi “Rusal” şirkətinə qarşı tətbiq olunmuş sanksiya dünya metal bazarına aktiv təsir göstərməkdə davam edir.

Rodzyankonun fikrinə görə, Rusiyanın maliyyə sektorunda aparıcı yerdə olan və dünyanın nəhəng qaz və neft ixracatçılarıyla sıx əməkdaşlıq edən dövlət banklarına qarşı sanksiyalar diplomatik körpülərin yandırılması demək olacaq.

ABŞ konqresi yeni sanksiyalarla bağlı layihəyə yaxın həftələrdə baxacaq. Amerikada keçiriləcək 6 noyabr tarixindəki ara seçkilərindən öncə bu sanksiyaların qəbulu gözlənilmir, lakin Rusiyaya qarşı təzyiqin gücləndirlməsində hər iki partiya israr edir.

Layihəyə əsasən “Sberbank” və “VTB” bankı da daxil olmaqla, bütün dövlət banklarına sanksiya tətbiq olunacaq.

“Debevoise&Plimpton” hüquq şirkətinin əməkdaşı Alan Kartaşkin deyib: “Əgər bu baş verərsə, onda Rusiyadan kənarda yerləşən heç bir iri maliyyə təşkilatı banklarla əməkdaşlıq etməyəcək”.

- Sistemli risk

Rodzyanko deyib: “Bu cür qərarın nəticəsinin potensial əhatəsini nəzərə alsaq, sanksiyaların bütün dövlət banklarına toxunacağı az ehtimal olunandır. Nümunə üçün daha az əhəmiyyət daşıyan banklar seçilə bilər”.

Layihədə potensial hədəf kimi “Qazprombank”, ”Rosselxozbank”, ”Vneşekonombank” və “Promsvyazbank” seçilib.

Rodzyankanın sözlərinə görə, ABŞ anlayıb ki, “Rusal” şirkətinə qarşı tətbiq ediləcək sanksiyalar hədsiz geniş miqyaslıdır və bu səbəbdən də şirkət və onun müştərilərinin yeni vəziyyətə adaptasiya olunması üçün sanksiyanın işə salınmasını təxirə salıb.

Ölkənin maliyyə korpusunun 60%-nə nəzarət edən Rusiya dövlət bankları neft ixracının əksər tranzaksiyalarına xidmət göstərir. Bu meyl 2014-cü ildə, yəni “Rosneft” və “Qazprom”a qarşı sanksiyalar tətbiqindən sonra məhdudlaşdı.

Maliyyə nazirnin müavini Vladımir Kolıçev deyib: “Xarici ticarəti birbaşa qadağalar və ya ödəmələrin məhdudlaşdırılması yoluyla təhlükə altına qoyan sanksiyalar varsa, onda bu enerji bazarı üçün böyük risk yaradacaq. İlk reaksiya geniş miqyas alacaq və vəziyyətin normaya düşməsi üçün nə qədər vaxtın lazım olacağını söyləmək çətindir”.

Neft ixracatçıları sanksiyalara məruz qalmayan Rusiya banklarına və xarici maliyyə institutlarına tərəf yönələ bilərlər. ”Fitch Ratings Ltd” şirkətinin analitiki Aleksandr Danilov bildirib: “Lakin bu böyük çətinliklər törədəcək, çünki bunlar çox iri miqyaslı müəssisələr olacaq”.

Rusiyanın dövlət banklarına yönəlmiş sanksiyalardan başqa, ABŞ senatında yeni dövlət borclarının alınmasına məhdudiyyətlər qoyacaq iki qanun layihəsi (S.336 və S.2313) də nəzərdə tutulub ki, hətta bu layihənin müəlliflərindən biri onu “cəhənnəm layihəsi” adlandırıb.

Sanksiya siyasəti ilə məşğul olan Dövlət Departamentinin keçmiş məmuru Den Frid deyib: “Rusiyanın suveren borcunun alınması sərt tədbirlər kateqoriyasına daxildir və ziyan vurmaq imkanındadır, amma hədsiz böyük sarsıntılar yaratmaq üçün kifayət dərəcədə sərt deyil”.

“Cəhənnəm layihəsi” indiki halı ilə baxıldıqdan dərhal sonra qüvvəyə minə bilər. Lakin yeni sanksiyaların tətbiqi üçün nəzərdə tutulan layihə ABŞ kəşfiyyatından Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi barəsində məlumat və dəllilər ortaya qoymasını tələb edir. Hər iki plan konqresdə baxılan zaman əhəmiyyətli dəyişiklərlə üzləşə bilər.

Hətta əgər qanunvericilik dərhal həyata keçmirsə də, administrasiya indiki mövcud qanunla da sanksiyaları gücləndirə bilər. Keşmiş casus Skripalın sinir iflic maddəsiylə zəhərləməsində Kremlin ehtimal olunan rolu ilə bağlı Rusiyaya qarşı cəza tədbirlərinə artıq noyabr ayından başlanması mümkündür.

Almaniyanın rəsmi şəxsləri bəyan ediblər ki, onlar da Rusiyadan çəkiləcək “Şimal axını-2” layhəsinə qarşı ilin axırına kimi ABŞ-ın məhdudlaşdırıcı tədbirlər görəcəyini gözləyirlər.

(“Bloomberg”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam