Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ və Avropa Birliyindən Kremlə öldürücü zərbə

 

 

Rusiyanın bank sektoru, neft-qaz və hərbi sənayesi ağır sanksiyalar altına düşdü; 5 şirkətin pullarına həbs qoyuldu

  "Xeberinfo.com": Avropa Birliyi və onun ardınca ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Sentyabrın 12-də yeni sanskiyalar elan olunub.
AB-nin yeni sanksiyalar siyahısına “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərti salınıb. Onlar Avropadan kredit və maliyyə ala bilməyəcəklər.
Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan “Kalashnikov”, “Almaz-Antey”, “Ximkompozit” kimi konsernlərə göndərilməsini də qadağan edir.
“Uralvaqonzavod” kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur.
Sberbank, VTB, Qazprombank, VEB, Rosselxozbank kimi banklara isə kreditlər məhdudlaşdırılır.
Avropa şirkətlərinə dərin su qatlarında, arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur.    
Fərdlərin “Qara siyahısına” daha 24 şəxs əlavə olunub. Bunlar deputat Jirinovski, silah və texnologiya holdinqi Rostex-in rəhbəri Sergey Çemezov, Ukraynadakı separtaçıların liderləri və başqalarıdır.

***

ABŞ-ın elan etdiyi yeni sanksiyalar da  Rusiyanın müdafiə, enerji və bank sektorunu hədəf alır. Sanksiyalar cüzi əlavələrlə Avropa Birliyinin elan etdiyi sanksiyalarla eynidir.
Əlavələrdən biri budur ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən nəhəng banklarından olan “Sberbank”ı da maliyyə məhdudiyyətləri qoyulan banklar siyahısına salıb. Bu bank ABŞ maliyyə qurumlarından uzun müddətli kredit və maliyyə ala bilməyəcək. Sanksiyaya görə, ABŞ vətəndaşı və ya qurumu “Sberbank”a 30 gündən artıq müddətə borc verə bilməz.
30 gün məhdudiyyəti dövlət texnologiya qrupu “Rostex”ə də aiddir.
ABŞ-ın sanksiyalarında başqa bir əlavə Rusiyanın enerji nəhəngi “Qazprom” şirkətinin siyahıya salınmasıdır. Avropa Birliyinin sanksiyalarında “Qazprom” yoxdur, yalnız onun neft bölməsi olan “Qazpromneft” var.
ABŞ həmçinin, dərin su və sahil yataqlarında neft kəşfiyyatında 5 Rusiya şirkətinə məhsullar, xidmətlər və texnologiya satmağı qadağan edir. “Reuters”in məlumatına görə, bu 5 şirkət Rusiyanın dövlət hərbi-texnologiya şirkətləridir. Onların ABŞ-dakı hesablarında vəsaitlər dondurulub.
ABŞ-ın yeni maliyyə və iqtisadi sanksiya tətbiq etdiyi bank və şirkətlər bunlardır: “Sberbank”, neft nəqli şirkəti “Transneft”, enerji şirkətləri - “Lukoil”, “Qazprom”, “Qazpromneft”, “Surqutneftqaz” və “Rostex


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam