Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Seçkilərin Əfqanıstan “modeli”:namizdələr öldürülür, oğurlanır, terror ara vermir (Reportaj)

Sabah – oktyabrın 20-də Əfqanıstanda parlament seçkisi keçiriləcək. Ölkənin 34 vilayətindən 20-də səsvermə planlaşdırılır. Artıq Qəndəharda seçki bir həftə sonraya ertələnib. Çünki vilayətin polis rəisi iki gün öncə qətlə yetirilib.

Yenixeber.org: Taliban və İslam Dövləti silahlı qruplaşmaları seçkiyə qarşı çıxır, demək olar, hər gün hücumlar törədirlər. Seçkinin şəffaflığı sarıdan da narahatlıq var. İlk dəfə olaraq, seçki komissiyası səsvermə məntəqələrini biometrik identifikasiya sistemləri ilə təmin edib.

                                    Namizdələr və seçicilər 

Parlamentin aşağı palatasından 249 yer uğrunda 2 min 565 namizəd mübarizə aparır. Onlardan 417-si qadındır. 33 vilayətdə 19 mindən çox seçki məntəqəsi quraşdırılıb. Bunlardan 11 min 667-si kişilər, 7 min 429-u qadınlar üçün nəzərdə tutulub. 46 məntəqə koçilər adlı əfqan köçəriləri, 22-si sikh və hindu azlıqları üçündür. Koçilər üçün parlamentdə 10, sikh və hindular üçün birgə 1 yer nəzərdə tutulub. Təhlükəsizlik səbəblərindən 2 minədək məntəqə bağlanıb.

Prezident Əşrəf Qani  və hökumət başçısı Abdullah Abdullahın birgə hökumətinə bir sıra partiyalar müxalif kimi görünsə də, onların heç biri böyük oyunçu sayılmır, çünki namizədlərin çoxu müstəqil kimi çıxış edir. Əfqanıstan parlamentinin yalnız aşağı palatasının üzvləri birbaşa seçilir. Yuxarı palatasının üzvlərindən bəziləri yerli şuralar tərəfindən seçilir, bir qismini prezident təyin edir.

Qəzni vilayətində seçki olmayacaq, çünki balanslı etnik təmsilçiliklə bağlı razılığa gələ bilməyiblər. Vilayətdə növbəti seçki keçirilənədək 2010-cu ildə seçilmiş deputatlar vəzifədə qalacaq.

Əfqanıstanda 30 ildən çoxdur əhalinin siyahıya alınması keçirilmir, amma burada 30 milyondan çox adamın yaşadığı bildirilir. 8,8 milyon nəfər qeydiyyatdan keçmiş seçici var.

                                                Təhlükəszilik

Səsvermə məntəqələrini 50 mindən çox təhlükəsizlik qüvvəsi qoruyacaq. 20 günlük seçki kampaniyası zamanı azı iki namizəd, 34 dinc sakin öldürülüb. Kampaniyadan qabaq beş namizəd öldürülüb, ikisi oğurlanıb, onların barəsində məlumat yoxdur. Bundan başqa, Əfqanıstanın təhlükəsizlik qüvvələri bir müstəqil namizədin iqamətgahı yaxınlığındakı evə basqın zamanı bilmədən onun üç mühafizəçisini öldürüblər.

Oktyabrın 18-də isə Qəndəharda azı iki yüksəkçinli rəsmi qətlə yetirilib. Onlar səsvermə zamanı təhlükəsizliyi müzakirə etməyə yığışmışdılar.

17 ildən çoxdur əfqan və NATO qüvvələrinə qarşı savaşan Taliban seçkini pisləyib, namizədləri, təhlükəsizlik əməkdaşlarını hədəfə alacağını bildirib. Taliban müəllimlərə, tələbələrə xəbərdarlıq edib ki, seçkiyə getməsinlər, məktəblərin səsvermə məntəqəsi kimi istifadəsinə imkan verməsinlər.

Seçkini 400 mindən çox adam müşahidə edəcək. Onların içində vətəndaş cəmiyyəti fəalları, siyasi partiya üzvləri, yerli və beynəlxalq müşahidəçilər, media təmsilçiləri var.

Seçki 2015-ci ilə planlaşdırılmışdı, amma o zaman ölkədə durum sabit deyildi. Əfqanıstan hökuməti bu seçkini keçirmək gücündə olduğunu sübuta yetirmək istəyir.

Hökumət Talibana mesaj göndərmək istəyir ki, dövlət qurumları işləyir və Taliban danışıqlar masasına qayıtmaq qərarı verərsə, hökumətlə işləməli olacaq və bu əfqanların əksəriyyəti üçün çatımlı siyasi proses olacaq”, – “The Associated Press” agentliyi yazır.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam