Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə səsvermə başladı

 Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Yenixeber.org: Məlumata görə, yerli vaxtla saat 08:00-dan etibarən səsvermə başlayıb. Səsvermə axşam saat 17:00-a qədər davam edəcək. Bu gün 56 milyon 342 min 263 vətəndaş səs verəcək. Onlardan 1 milyon 650 min 171 nəfəri ilk dəfə səsvermə hüququ qazananlardır.
Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün isə 60 ölkədə 123 seçki təmsilçiliyi yaradılmışdı. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün 13 gün müddətində fəaliyyət göstərən məntəqələrdə səsvermə artıq başa çatıb.
Ölkə xaricində səs verənlərin sayı 1 milyon 486 min 532 nəfərdir.  Xarici ölkələrdə seçicilərin 48.78 faiz fəalliq göstərdiyi bildirilib.
Prezident seçkisində 6 namizəd iştirak edir. AKP və MHP-nin birlikdə qurduğu “Cumhur İttifaqı” hazırki prezident Rəcəb Tayyib Ərdoğanı, CHP Muharrem İnceni, HDP isə Selaheddin Demirtaşı namizəd olaraq göstərib. İYİ Partiya başqanı Meral Akşener, Səadət Partiyası başqanı Temel Karamollaoğlu Vətan Partiyası başqanı Doğu Perinçek 100 min seçicinin imzasını toplayaraq prezidentliyə namizəd olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam