Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Manat bir daha dollardan baha olmayacaq"

 

Samir Əliyev: "Dollar 1,2 manata qədər bahalaşacaq"

"Xeberinfo.com":  Manatın kursunun kəskin ucuzlaşmasından sonra ekspertlər bədbin proqnozlar verirlər. Əksər proqnozlar manatın daha da ucuzlaşacağı barədədir. Ekspert Samir Əliyev isə bildirir ki, 1 dollar 1,2 manata qədər bahalaşa bilər. 

“Ölkə prezidenti Mingəçevir səfərində çıxışı zamanı son 2-3 gündə dolların məzənnəsinin aşağı, təxminən 90 qəpiyə salınması ilə bağlı əhalidə yaranmış gözləntilərə birdəfəlik son qoydu. Bununla da Mərkəzi Bankın razılıq əsasında bu addımı atması öz təsdiqini bir daha tapdı. Neftin ucuzlaşması və Rusiyada baş verən böhranın Azərbaycana mənfi təsiri ilə bağlı ekspertlərin aylarla səsləndirdiyi fikirləri ən yüksək səviyyədə bir daha etiraf olundu. Manat devalvasiyaya uğradı. Hökumətin manatı “bir az ucuzlaşdırması” nə az, nə çox 33,5 faiz oldu”.

Ekspert qeyd edib ki, manat bir daha dollardan baha olmayacaq: “İndi yeni situasiya başlayıb. Daha doğrusu, ötən ildən başlayan proses yeni ladda davam edəcək. Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin. Bundan sonra manatın taleyi necə olacaq? Köhnə fikrimizdə bir daha qalırıq. Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10 faiz ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir. Fevralın 25-dən başlayaraq dollar satışı azalacaq. Hətta bir müddətdən sonra dollara tələbat yenidən artacaq. Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq. Manat illərlə qazandığı etibarı bir gündəcə itirdi. Ən pisi odur ki, hökumət bundan sonra əhalini heç zaman iqtisadi sabitliyə inandıra bilməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam