Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq

 

Tanınmış istisadçı Qubad İbadoğlu Çin valyutasının devalvasiyaya uğraması barədə öz fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.

"Xeberinfo.com":  Onun statusunu oxucularımıza təqdim edirik.
“Dünya fabrikı” rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Hətta, Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib. Çinin ixracat göstəricilərində müşahidə olunan azalmanın səbəblərindən biri Yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur. Belə ki, son 18 ayda Çin yuanı dəyərini Avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və Yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırmışdı. Bu isə kifayət qədər rəqabətli regionda onun iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Belə ki, Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Odur ki, Çin valyutasının devalvasiya zərurətdən irəli gəlirdi. Çox ehtimal ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik tepmlərlə olsa da davam etməsi ehtimalı hələ aradan qalxmayıb. Yuanın devalvasiyası dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək.
Çinin milli valyutasının devalvasiyaları ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək. Bu həmçinin Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq. Son günlər dünya bazarlarında neftin və digər xammalların qiymətlərinin ucuzlaşması səbəblərindən biri də Cindəki devalvasiyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam