Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Statistika Komitəsi yalanlar istehsal edir"

 

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda açıqlanan statistik rəqəmlərin şübhə doğurduğu fikrindədir.

"Xeberinfo.com":  Modern.az saytının məlumatına görə, o, bununla bağlı açıqlamasında bildirib:

“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2015-ci ilin birinci rübündə ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatıb.

Bu açıqlaması ilə DSK indiyədək gerçəklikdən uzaq olan inflyasiya, işsizlik və yoxsulluq göstəricilərininin siyahısına ÜDM-in atımını da daxil edib. Belə ki, ölkədə dövlət xərcləmələrinin azaldığı (Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz icra olunub), xalis ixracatın kiçildiyi (Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 3 ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz azalıb, idxal isə 37,6 faiz artıb), investisiyaların artım tempinin aşağı düşdüyü dövrdə ÜDM-in 5,3 faizlik artımını elan edən DSK son aylarda Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiyaları nəzərə almadan yenə də ictimaiyyəti aldatmaqla məşğuldur”. 

Qubad İbadoğlunun sözlərinə görə, hazırda ÜDM-in artımını şərtləndirən mənbələrdən üçündə (dövlət xərcləmələri, investisiyalar və xalis ixracat) müsbət dəyişiklik olmadığı halda bu artımın yalnız istehlak xərclərinin yüksəlməsi hesabına baş verməsi mümkündür ki, bu da ölkədə yalnız ciddi inflyasiyanın mövcudluğu ilə izah oluna bilər: 

“Bunu da etiraf etməyən DSK təhlil olunan dövr üçün inflyasiya səviyyəsinin 2,8 faiz olduğunu elan edib. Manatın devalvasiyanın bu artıma təsirinə gəlincə, onun rolunu şərtləndirən xarici investisiyaların və ixracatın artımının müşahidə olunmadığı son 1 ayda bu faktorun da ciddi əhəmiyyətindən daşınmağa dəymir .

Görünür, hazırkı dövrün siyası tələbləri DSK-nı iqtisadi reallığa göz yummağa və statistik yalanlar istehsal etməyə məcbur edir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam