Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Çin valyutası devalvasiyada

 

Çin Yuanı dollar qarşısında 1,9% devalvasiya etdi
"Xeberinfo.com":   Məlumata görə, Çin, ixracdakı kəskin azalmanın ardınca, pul vahidi yuanda son 20 ilin ən sürətli devalvasiyanı həyata keçirib və Mart ayından bu yana faktiki dollara indeksli gedişi sona çatdırıb.
Çin Mərkəzi Bankı (PBOC) yuanın gündəlik istinad məzənnəsini rekord nisbətdə, 1.9 faiz aşağı salıb.
Bunun nəticəsində yuan, rəsmi və bazar məzənnəsinin birləşdirildiyi 1994-cü ilin Yanvar ayından bu yana ən sürətli bir günlük ucuzlşamanı görüb.
PBOC açıqlamasında, Yuanı “məğbul” bir səviyyədə saxlamağı planlaşdırdığını qeyd edib. Bank, yuanın real effektiv valyuta məzənnəsinin hələ də bir çox pul vahidinə qarşı nisbətən güclü olduğunu bildirib.
Qısası, Çin Mərkəzi Bankı devalvasiya ilə, dollar/yuan məzənnəsində orta nöqtəni 1,9 faiz yüksəldərək 6,2298 olaraq təyin edib.
Çin, beynəlxalq ehtiyat valyutası statusu qazandırmaq və kapital çıxışlarının qarşısını almaq və daha çox qlobal istifadəsini təşviq etmək üçün Yuanı dəstəkləyirdi. Bu, ölkənin valyuta ehtiyatlarında son dörd rübdə 300 milyard dollar “əriməsinə” səbəb oldu və Yuanı inkişaf edən pul vahidləri arasında ən yaxşı performans göstərən pula çevirdi. Amma, belə vəziyyət Çinin ixracının rəqabət gücünü aşağı saldı.
Çin Mərkəzi Bankı Dollar/yuan məzənnəsində indiyə qədərki birdəfəyə ən böyük devalvasiyaya imza atıb və bu Yuanın 2012-ci ilin Sentyabr ayından bu yana ən aşağı səviyyəyə düşməsinə səbəb olub. Yuan dollar qarşısında 1.4% dəyər itirərək, Şanxay saatı ilə 11:12-də 6.2980 səviyyəsinə enib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam