Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mahir Mədətov tənqidlərə cavab verdi - "Özümü kiməsə sübut etmək fikrim yoxdur"

 

İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm.

Yenixeber.org: Bunu "Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.

Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib:

"Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq".

"Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur" deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb:

"Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram.

Mahir Mədətov "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam