Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Doğma meydanda 1:6 hesabı ilə uduzacağımız reallıqdan uzaq görünür"

Mahir Mədətov:

 

 

"Oyun ərzində gözlənilməz hadisə baş vermədi. Hesabı açdıqdan sonra rəqibin qapımıza yol tapması və hesabı bərabərləşdirməsi qanunauyğunluq yox, təsadüf idi".
Xeberinfo.com:  Məlumata görə, bunu AFFA-nın rəsmi saytına açıqlamasında Sahə Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov futzal üzrə dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirilmiş Hollandiya – Azərbaycan oyunu barədə danışarkən deyib.
Yığmanın daha güclü olduğunu deyən M.Mədətov komandaya təşəkkür edib: "Rəqibdən güclü olduğumuz ilk saniyələrdən görünürdü. Yekun hesab da bunu təsdiqlədi. Komandaya yaxşı oynadığına görə təşəkkür edirəm. Ancaq bu uğurdan arxayınlaşmaq olmaz, ikinci oyunu da yaxşı keçirmək və nəhayət, Kolumbiyada təşkil ediləcək dünya çempionatına çox ciddi hazırlaşmaq lazımdır. Bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq. Daha çevik oynamaq, qurulan kombinasiyaları dəqiq sona çatdırmaq vacibdir. Ümid edirəm ki, komandanın məşqçilər heyəti, rəhbərlik bunu nəzərə alaraq daha yaxşı hazırlaşacaq və Azərbaycanı layiqincə təmsil edəcək. 5:1 hesabının arxayınlaşmağa əsas vermədiyini demək, həqiqətə qarşı çıxmaq olar. Əlbəttə, arxayınlaşma olacaq. İstərdim ki, cavab oyununda baş məşqçi yerli gənclərə daha çox şans versin və onların təcrübə qazanmasına şərait yaratsın. Aydın məsələdir, doğma meydanda 1:6 hesabı ilə uduzacağımız reallıqdan uzaq görünür. Bunu ağlımdan belə keçirmirəm. Təbii ki, Bakıdakı oyunda da komandanın çıxışını canlı izləmək üçün idman sarayına mütləq gələcəyəm".
Qeyd edək ki, həmin görüşdə Azərbaycan yığması 5:1 hesabı ilə qələbə qazanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam