“Real” rəhbərliyi baş məşqçi Xulen Lopeteqini istefaya göndərə bilər.
Yenixeber.org: “Daily Mail” xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdı. Klub rəhbərliyi nəticələrdən narazı qalıb. Qarşıdakı oyunlarda komanda uğurlu nəticələr qazanmasa, məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, “Real” iştirak etdiyi bütün turnirlərdəki son üç matçda nə qələbə qazanıb, nə də qol vurub. Komanda La Liqada “Sevilya”ya (0:3), Çempionlar Liqasında isə Moskva ÇSKA-sına (0:1) məğlub olub. Komanda eyni zamanda La Liqada “Atletiko” ilə heç-heçə edib (0:0).
Qyd edək ki, 52 yaşlı Lopeteqi “Real”a iyunun 15-də Zinəddin Zidanın yerinə gəlib.(fanataz)