Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qurban Qurbanov:"Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım"

 

 

Futbolçular bu qarşılaşmada daha yaxşı təsir bağışladılar

 “Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım".

Yenixeber.org: Bunu Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşərkən deyib.

"Əvvəlki oyunlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu, ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı. Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Oyuna diqqət və konsantrasiya daha yaxşı idi. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam