Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Biz futbol ölkəsi deyilik"

 

"Biz futbol ölkəsi deyilik"

Biz futbol ölkəsi deyilik

 

Futbol üzrə Azərbaycan millisi sabah Belarus yığması ilə yoxlama oyunu keçirəcək

Yenixeber.org:  Oyundan öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirib: "Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu oyuna ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir. Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq".

- Legionerlərin durumu necədir? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində görə biləcəyik? 
- Futbolçuların vəziyyəti yaxşıdır. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdur.

- Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var? 
- Bu sistem yaranandaan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda bu sistemdən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.

- Millinin əsas iki hücumçusu - Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi? 
- Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunlarda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.

- Millətlər Liqası və AÇ-nin seçmə mərhələsinin sizin üçün fərqi var? 
- Fərqli turnirlərdi. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdülər. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.

- Qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionuna yol bir qədər uzaqdır. Olmazdı ki, millinin oyunları "Tofiq Bəhramov"da olsun? 
- Azarkeş amili çox mühümdü. Əvvəl mən də ÇL-in qrup oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq orda oyunlar keçirdikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Narazı qalmadım. Daha çox azarkeş gəldi. Düzdü, nəqliyyatla bağlı müəyyən problemlər oldu. Amma həmin stadion Avropa standartlarına uyğun arenadı. Problem görmürəm. Hələ vaxtımız var. Ola bilsin, gələn oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda və ya başqa arenada olsun. Məncə, azarkeşlər də Olimpiya stadionunu seviblər. Hər şey azarkeşlər üçündür.

- Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət olundu. Bir müddət öncə isə o, Azərbaycan millisində çıxış etməyin əleyhinə olmadığını demişdi. Onu da Ramil Şeydayev kimi ruslardan "oğurlamaq" mümkün olacaq? 
- Bütün futbolçuları izləyirik. Biz hansısa futbolçunun Azərbaycan millisi üçün faydalı olacağını düşünsək, onu yığmaya dəvət etməkdən çəkinməyəcəyik. Zamanı gəldikdə, lazım olan futbolçuları çağıracağıq.

- Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların saynın azalacağı güman olunurdu... 
- Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam