Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qurban Qurbanov:Oyundan razı qalmadım

Qurban Qurbanov:

 

“Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə qazandıq”

 

Yenixeber.org: Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

Oyundan nə dərəcədə razı qaldınız?

- Qələbə qazansaq da, oyundan tam razı qalmadım. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı.

Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?

- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdur. İlk dəfədir Gəncədə oynayırdı, ola bilər ki, özünü rahat hiss etməyib.

Gəncədə uşaq futboluna maraq çox azdır. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədir?

- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürəm ki, diqqət daha çox olsa, yaxşı olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam