Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məmur oğlundan dəhşətli qətliam

 

Arvadını, qayınanasını öldürəndən sonra intihar edən kişinin 4 yaşlı uşağı reanimasiyadadır

"Xeberinfo.com":  Məlumata görə,ötən gün həyat yoldaşı və qaynanasını güllələyən Cəmaləddin Cəbrayıl oğlu Sürətovun qətli “Vinçester” markalı ov tüfəngi ilə törətdiyi bəlli olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, o, əvvəlcə qaynatasının yanına gəlib onunla birlikdə evə getməsinə istəyib. Qaynatası isə “sən get, mən də sonra gələrəm” deyib. Cəmaləddin Sürətov da evə gedərək dəhşətli qətli törədib. Daha sonra qayıdaraq qaynatasına “indi get, səni orada gözləyirlər” deyib və Lerikdə doğulduğu evdə intihar edib.

25 yaşlı qadınla 33 yaşlı Cəmaləddinin 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb. Daha bir diqqət çəkən məqam isə ailənin böyük övladı – 4 yaşlı oğlun ağır halda Lənkəran Mərkəzi Xəstəxanasına gətirilməsidir. Reanimasiya şöbəsinə yerləşdirilən körpənin vəziyyəti ağırdır. Uşağın nə səbəbdən ağır xəsarət aldığı isə hələlik bəlli deyil.

Məlumata görə, ailə daxilində münaqişə olmayıb. Hər iki ailə ali təhsilli ziyalı ailəsi olub. Sürətov Cəmaləddinin atası rayon təhsil şöbəsinin müdir müavinidir və o, gəlinindən heç vaxt narazı olmadığını deyib.

Qətlə yetirilən 25 yaşlı Məhsəti Sürətova Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Cəmaləddin Sürətov da ali təhsilli iqtisadçıdır.

Xatırladaq ki, Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Sürətov Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovanı və qaynanası, 54 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüvəngindən açdığı atəşlə öldürüb. Sonra o, atasının doğulduğu Peyzəküjə kəndinə gedərək evlərində həmin ov tüvəngi ilə özünə atəş açıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam