Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dəhşətli qətl: Ata 6 yaşlı oğlunu döyərək öldürdü - FOTOLAR

 

 

Ağstafada kişi 6 yaşlı oğlunu döyərək öldürüb.

 

Xeberinfo.com:  Azyaşlının anası Jalə Musayevanın ans press-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən onunla dalaşıb. Atası isə uşağı bu əməlinə görə onu böyük bir odun parçası ilə döyməyə başlayıb: “Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildiriblər.

Ağstafa Rayon Polis İdarəsindən də verilən məlumata görə, Qırılı kəndində Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb. Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.

Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub:

“O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazaxa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokurorluq araşdırır”.

Azərbaycanda ata 6 yaşlı oğlunu necə öldürdü? - Təfərrüatlar+ Fotolar
Azərbaycanda ata 6 yaşlı oğlunu necə öldürdü? - Təfərrüatlar+ Fotolar
Azərbaycanda ata 6 yaşlı oğlunu necə öldürdü? - Təfərrüatlar+ Fotolar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam