Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanın kriminal avtoritetləri Moskvada narahatçılıq yaradır

Moskvanın hüquq-mühafizə orqanları Azərbaycan mafiyasının fəallaşmasından narahatdır

Moskvanın hüquq-mühafizə orqanları  Moskva regionunda əslən Azərbaycandan olan cinayətkar birliyin fəallaşmasından ciddi narahatdır.

Xeberinfo.com:   Bu birlik iki mafiya klanının – “qanuni oğrular” Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanov (Vaqif) birləşməsi nəticəsində formalaşıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”a bildirib ki, birləşmə bu yay baş verib. Yeni mafiya klanına Lotu Quli və Vaqif Süleymanovdan başqa “qanuni oğru” Rəşad İsmayılov da daxil olub.

Hazırda N.Səlifov ən güclü yaraqlılar “ordusu”na malikdir. Öz növbəsində Vaqif və Rəşad Gəncinskinin Moskva regionunda ticarət mərkəzlərinin və topdansatış bazarlarının sahibləri olan azərbaycanlı biznesmenlər arasında geniş əlaqələri var.

Yeni klan yeni firma və buznesmenləri bir-birinin ardınca öz “himayəsi”nə alır. Konqlomerat Moskvaətrafı rayonlarda kriminal aləmdə liderliyə iddia etməyə başlayıb. Bu proses çoxsaylı insan oğurluğu və döyülmələr ilə (yalnız əslən Azərbaycandan olanlar arasında) müşayiət edilir.

Klanın belə fəallaşması digər qruplaşmalar arasında ciddi narazılıq yaradır, belə ki, onlar nəzarətlərində olan biznesmenləri itirirlər. Nəticədə artıq müxtəlif “çəkişmələr” baş verib. Güc qurumları isə yaxın vaxtlarda mafiya rəqabətinin artacağını gözləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam