Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bütün oğruların kralı” adı uğrunda mübarizə-Lotu Quli” qisas almağa hazırlaşır

 

“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır

Azərbaycanda uzun müddət həbsdən sonra bu yaxınlarda azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov “Bütün oğruların kralı” adı uğrunda mübarizəyə başlamaq niyyətindədir. 

Yenixeber.org: “Rosbalt” xəbər verir ki, bundan əvvəl nüfuzlu “qanuni oğru” İstanbulda ona sui-qəsd etmək istəyən şəxslərdən qisas almağa çalışacaq.

Qeyd edək ki, Səlifov cəzaçəkmə müəssisəsindən azad olunan kimi Gürcüstana, oradan isə Türkiyəyə gedib. Əsas məqsəd xüsusi klan formalaşdırmaqdır. Agentlik məlumatlı mənbəyə istinadən bildirir ki, ilk hədəf ona sui-qəsd hazırlayan “qanuni oğru” Merab Canqveladze və İstabulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Ləkəranski adı ilə tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevdir. Bu siyahıda “Şirinlər” də var. 



Hazırda Səlifov Merabın düşmənləri ilə danışıqlar aparır. Çünki, koalisiyanın yaradılması üçün ümumi düşmənə qarşı qisas motivi olmalıdır. Merabla Pipiey arasında olduğu kimi. Belə ki, Pipiey 2012-ci ildə uşağın gözü qarşısında Canqveladzeni “qanuni oğru” kimi tanımadığına görə döyülmüşdü. Bundan başqa Qulinin Kuşner (Aleksandr Kuşner) və Rəşad Gəncinski (Rəşad İsmayılov) ilə müttəfiq olduğu deyilir. Eyni zamanda Quli Türkiyədə Qeloy Kardavoy tərəfindən tacladırılan “Çinli” ləqəbli Serqey Çebanla da görüşüb. Lakin hazırda Qeloyun “oğru səlahiyyətləri” Şakro Molodoy və digər “qanuni oğru” lar tərəfindən dayandırılıb. 



Digər tərəfdən “Şakro Molodoy”la “Lotu Quli” arasında münasibətlər isti deyil. Belə ki, Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifovun "oğru" titulu əlindən alınıb. 38 yaşlı Namiq Səlifovla bağlı qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. “Sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” tituldan məhrum edilib. Onların arasında “Lotu Quli”nini ad verdiyi digər "oğru"lar - 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) da olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam