Redaktor seçimi
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Günün xəbəri

Zakir Həsənov daha bir məmuru işdən qovdu

 

Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini polkovnik-leytenant Tofiq Abbasov vəzifəsindən azad edilib. 

 

Xeberinfo.com:   Məlumata görə, müdafiə naziri Zakir Həsənovun təqdimatıyla Prezident İlham Əliyev bununla bağlı əmr imzalayıb. 

Tofiq Abbasovun maraqlı iş tarixçəsi var. O, Sovet ordusunda baş leytenant olduğu vaxt təxris olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Abbasov Daxili Qoşunlarda hərbi xidmətini davam etdirməyə başlayıb və mayor rütbəsinə kimi yüksəlib. 

Zakir Həsənov Müdafiə naziri vəzifəsinə təyin olunandan sonra o da nazirliyi dəyişib və MN-də fəaliyyətə başlayıb. General-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinə komandan, eyni zamanda müdafiə nazirinin müavini təyin olunandan sonra isə T.Abbasovla bağlı gözlənilməz əmr imzalanıb: mayor rütbəli şəxs birdən-birə general vəzifəsinə - Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini təyin olunub.

Bir müddət sonra T.Abbasovu oxumaq üçün Çinə göndəriblər və ona polkovnik-leytenant rütbəsi veriblər. Ona belə bir jestin edilməsi təsadüfi deyil. Belə ki, T.Abbasov tabeçiliyində olduğu Ramiz Tahirovla tələbə yoldaşı olub, onlar Kiyevdə birlikdə hərbi təhsil alıblar. Yəqin, nazirlikdə T.Abbasova qarşı xüsusi münasibətin göstərilməsinin, fantastik sıçrayışın kökündə də onun nazir müavini ilə yaxın əlaqələri dayanır. Amma görünür, Ramiz Tahirov sona qədər bu təcrübəsiz hərbçini qoruya bilməyib. 

Saytımıza daxil olan məlumatda bildirilir ki, T.Abbasovun vəzifəsindən uzaqlaşdırılmasına və aşağı rütbəli posta təyin olunmasına səbəb onun işinin öhdəsindən gələ bilməməsi olub. 

 

AzNews.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}